İran generalı Bərzani rəhbərliyini hədələdi: "MÜHARİBƏ OLACAQ"

İran generalı Bərzani rəhbərliyini hədələdi: "MÜHARİBƏ OLACAQ" Hurriyyet.org xəbər verir ki, İranın Baş Qərargah rəisi general Yəhya Əl-Səfəvi, Şimali İraq Kürd Regional İdarəsinin planlaşdırdığı referendumla İraqı bölmək niyyətində olanlar ilə uzun müddətli müharibə baş verə biləcəyini deyib.

Əl Səfavi rəsmi açıqlamasında, İŞİD terror təşkilatının İraq və Suriyadakı müvəffəqiyyətsizliyindən sonra ABŞ, İngiltərə, İsrail tərəfindən hazırlanan bir plan ilə İraq və Suriya torpaqlarının bölünməsinin nəzəzrdə tutulduğunu bildirərək, Şimali İraqın parçalanmasının uzunmüddətli yeni müharibə və xaoslara səbəb olacağını və bölünmə problemindən ən çox kürdlərinin zərər çəkəcəyini bildirib.

İran, Türkiyə, Suriya və İraqın sentyabrın 25-də keçirilməsi planlaşdırılan referenduma qarşı olduqlarını bildirən Əl Səfəvi əsl hədəfin regiondakı sabitliyi pozmaq olduğunu bildirib.

Siam.az
Tarix: 8-09-2017, 23:44
Xəbəri paylaş





Xəbər lenti