Türkiyə faciədən döndü - Terrorçu tikə-tikə oldu

Türkiyə faciədən döndü - Terrorçu tikə-tikə oldu Türkiyənin Diyarbəkr şəhərində terror aktı baş verib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, vilayətin Lice bölgəsindəki qadın terrorçu bomba yüklənmiş avtomobili jandarma idarəsinin binasına çırpmaq istəyib.


Görülmüş təhlükəsizlik tədbirlər nəticəsində faciəni önləmək mümkün olub.

Maşın idarənin 150 metrliyində partlayıb. Hadisə nəticəsində boynuna, qulağına şüşə qırıqları dəymiş 1 əsgər yüngül xəsarət alıb.

Yaralı əsgəri xəstəxanaya çatdırıblar.

Hadisə səhər saatlarında baş verib. Bombalı hücumu həyata keçirən terroçunun bədəni parçalara ayrılıb. Türkiyə faciədən döndü - Terrorçu tikə-tikə oldu
Türkiyə faciədən döndü - Terrorçu tikə-tikə oldu
Tarix: 10-09-2017, 13:31
Xəbəri paylaş





Xəbər lenti