Türkiyədə şok hadisə : Keçmiş polis Fətullah Güləni söydüyü üçün atasını güllələdi

Türkiyədə şok hadisə : Keçmiş polis Fətullah Güləni söydüyü üçün atasını güllələdi Türkiyənin Düzcə bölgəsinin Kaynaşlı rayonunda 3 il əvvəl polisdən istefa verən Erol K FETÖ lideri Fetullah Güləni söydüyü üçün atası 70 yaşlı Camal K.Y-nı vurub.

Avropa.info xəbər verir ki, Kaynaşlının Yeniyurt kəndində yaşayan, 3 il əvvəl polisdən istefa verən Erol K, dünən axşam saatlarında FETÖ/PDY terror təşkilatı lideri Fetullah Güləni söydüyü üçün atası Camal K-nı tapanca ilə ayağından vurub.

Ata Camal K. yerə yıxılarkən silah səsini eşidən yaxınları jandarm və təcili yardıma zəng ediblər. Ayağından yaralanan Camal K Atatürk Dövlət Xəstəxanasında aparılıb. Oğul Erol K. isə jandarm tərəfindən saxlanılaraq məhkəməyə aparılıb. Məhkəmə Erol K-nı qəsdən adam öldürmə maddəsi ilə həbs edib.
Tarix: 11-09-2017, 13:58
Xəbəri paylaş





Xəbər lenti