Gözləyirik ki, böyük güclər Türkiyəni parçalasın... – Məlikyan

Gözləyirik ki, böyük güclər Türkiyəni parçalasın... – Məlikyan Türkiyənin bu dəqiqə Ermənistan-Türkiyə münasibətlərindən daha ciddi problemləri var.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan söyləyib.


“Ermənistanda Türkiyə ilə bağlı çox primitiv mövqe var. Biz fikirləşirik ki, əgər Türkiyə parçalansa, biz udacağıq. Bu, primitiv yanaşmadır. Yaxşı olardı ki, biz Türkiyənin yox, Ermənistanın gələcəkdə parçalanması gerçəkliyi barədə fikirləşərdik. Bu, erməni tərəfinin sadəlövhlüyüdür. Oturub gözləyirlər ki, böyük güclər Türkiyəni parçalaya biləcəklər, amma bilməlidirlər ki, o güclər eyni uğurla Ermənistanı böləcəklər”, - deyə o bildirib.
Tarix: 11-09-2017, 14:01
Xəbəri paylaş





Xəbər lenti