Putin seçkiyə belə gedir: 2 mərhələli plan

Putin seçkiyə belə gedir: 2 mərhələli plan Kreml artıq prezident seçkisi ilə bağlı planı hazırlayıb. Plan indiki prezident Putinin namizədliyi üzərində qurulub.

Cebhe.info xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

Qəzet bildirir ki, plan iki hissədən ibarətdir. İlk hissədə Putin seçkiyə getməyə razılığını bildirəcək və bu bəyanatla noyabrda çıxış edəcək. O zamanlara qədər isə onun iştirakıyla bir neçə böyük tədbir keçiriləcək. Daha sonra namizədliyin dəstəklənməsi üçün kampaniya başladılacaq və Kreml bu mərhələnin maksimum qısa olmasina çalışacaq.

Xatırladaq ki, Rusiya qanunlarına əsasən, seçki 7-17 dekabrda keçirilməlidir. Ancaq qanunvericilik seçkinin 20 gün gecikdirilməsinə imkan verir.

Xəzər
Tarix: 12-09-2017, 17:43
Xəbəri paylaş





Xəbər lenti