ABŞ yenidən Rusiyadan Abxaziya və Cənubi Osetiyadan qoşunları çıxarmağı tələb edib

ABŞ yenidən Rusiyadan Abxaziya və Cənubi Osetiyadan qoşunları çıxarmağı tələb edib ABŞ Abxaziya və Cənubi Osetiyada sərhəd-keçid məntəqələrinin bağlanmasından narahatdır və Rusiyadan Abxaziya və Cənubi Osetiyadan qoşunları çıxarmağı tələb edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə müdafiə və təhlükəsizlik üzrə işçi qrupunun Vaşinqtonda keçirilən iclasının yekunlarına dair ABŞ və Gürcüstanın birgə bəyanatında deyilir. Qeyd olunan işçi qrup ikitərəfli strateji dialoq üzrə komissiyanın çərçivəsində yaradılıb.

“ABŞ keçidlərin bağlanılmasından və “demarkasiya işləri” adı altında aparılan tədbirlərdən böyük narahatlıq ifadə ediblər”, - deyə bəyanatda bildirilir.
Tarix: 13-09-2017, 00:36
Xəbəri paylaş





Xəbər lenti