Rusiya Şimali Koreyaya gizlicə neft satır – KİV

Rusiya Şimali Koreyaya gizlicə neft satır – KİV «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ evdəki mənbələr «The Washington Post» nəşrinə xəbər veriblər ki, Birləşmiş Millətlər Təşkilatı Təşlükəsizlik Şurasının (BMT TŞ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) yönəlik sanksiyaları nəzərdə tutan qətnaməsinin tələblərini pozaraq, Rusiya KXDR-a gizlicə neft ötürür.
Qeyd olunur ki, Rusiyalı iş adamları bir sıra saxta şirkətlərin vasitəsilə Pxenyana neft və digər həyati əhəmiyyətli resurslar ötürür – bu zaman ödənişləri «yuyaraq», tranzaksiyaları gizlədirlər.
Qaçaqmalçılığı təsdiqləyən faktlardan biri olaraq, cari ilin yazından başlayaraq, Vladivostokla Şimali Koreyanın Racin limanı arasında tankerlərin sayının kəskin artmasını önə çəkirlər.
Nəşr xatırladır ki, Rusiya ilə Şimali Koreya arasında ticarətin həcminin artması ötən ay ABŞ hakimiyyəti tərəfindən Rusiya vətəndaşlarına qarşı sanksiyaların tətbiqi üçün əsas səbəblərdən biri olub. Həmin şəxslər KXDR-a köməklik göstərməkdə ittiham olunurlar.
Tarix: 13-09-2017, 08:58
Xəbəri paylaş





Xəbər lenti