Kreml Ağ Evə plan verdi: Rusiyanın barışıq TƏKLİFİ

Kreml Ağ Evə plan verdi: Rusiyanın barışıq TƏKLİFİ Donald Tramp prezident seçildikdən sonra Rusiya iki ölkə arasında münasibətləri tənzimləmək üçün plan təqdim edib.

Cebhe.info xəbər verir ki, planın varlığı barədə BuzzFed Ağ Evdəki mənbəyə əsasən yazıb.

Redaksiyaya təqdim edilən sənədlər planın varlığını göstərir. Plan əlaqələrin tamamilə bərpa edilməsi və kəşfiyyat orqanları arasında əməkdaşlığı nəzərdə tutur. Bu əməkdaşlıq Suriya və Ukraynadakı durumla bağlı pozulub.

Planda bunlar yer alıb: İlk mərhələdə 2017-ci ilin mayına qədər Putinin xüsusi nümayəndəsinin kibertəhlükəsizliklə bağlı amerikalılarla görüşü, Ukrayna böhranı ilə bağlı məsləhətləşmə, Şimali Koreya və İranla bağlı müzakirə . İkinci mərhələdə kəşfiyyat xidməti və təhlükəsizlik orqanları rəhbərlərinin görüşü.

Korneqi Fondunun vitse-prezidenti Endryu Veys sənədi "yol xəritəsi" adlandırıb.

Xatırladaq ki, plan Ağ Evə Trampın hakimiyyətinin 3 ayında təqdim edilib.
Tarix: 13-09-2017, 10:09
Xəbəri paylaş





Xəbər lenti