ABŞ Rusiya-Türkiyə yaxınlaşmasından narahatdır

ABŞ Rusiya-Türkiyə yaxınlaşmasından narahatdır ABŞ Türkiyənin Rusiyadan S-400 raket komplekslərini almaq qərarından narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Conni Maykl deyib. O bildirib ki, məsələ ilə bağlı narahatlıq Türkiyə rəsmilərinə çatdırılıb:

“Türkiyənin regionda bütün təhlükələrdən qorunması üçün ən yaxşı seçimi NATO sistemləri ilə birgə işləyəcək raketdən müdafiə kompleksləridir”.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında S-400 zenit raket kompleksi ilə bağlı Rusiya ilə razılığın əldə olunduğunu bildirmişdi.
Tarix: 13-09-2017, 10:16
Xəbəri paylaş





Xəbər lenti