Yer üzündəki qasırğa və zəlzələni UNO-lar törədir? - Gəlmə məxluqlar Meksika zəlzələsindən xəbərdarmışlar- VİDEO

Yer üzündəki qasırğa və zəlzələni UNO-lar törədir? - Gəlmə məxluqlar Meksika zəlzələsindən xəbərdarmışlar- VİDEO UNO-larla bağlı istənilən görüntü insanların diqqətini çəksə də, onları hər zaman lentə almaq almaq mümkün olmur.

Bunun üçün uyğun fürsət lazımdır. Belə bir fürsət bir neçə gün əvvəl Meksikada yaranıb. İnsanlar eyni vaxtda səmada bir neçə uçan obyekti lentə alıblar.

Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, konspiroloqların Yer üzündə baş verən təbii hadisələrlə UNO-ların əlaqəsi olduğu qənaətindədir.

Onların fikrincə, Amerikada sentyabrın əvvəlində yaranana kataklizmalar təsadüfi deyil.

Bunu yadplanetlilərmi törədir, onların bu hadisələrə hansısa müdaxiləsi varmı, bunu hələlik dəqiqi deyə bilmirlər.

Bilinən odur ki, onlar müdaxilə etmirsələr də, UNO-ların təbii fəlakətlərlə hansısa bağlılığı var.

Məsələn, Meksikada zələzələ baş verməzdən bir qədər əvvəl səmada çox sayda UNO-lar görünüb. Maraqlıdır, onlar həmin müddət səmada nə axtarırdılar? Belə çıxır ki. Meksika xalqının hələ heç nədən xəbərsiz olduğu vaxtda yadplanetlilər artıq bundan xəbərdarmışlar. Ola bilər ki, onlar artıq gələcəyi görə bilirlər. Yaxud da yadplanetlilər bu işə hansısa formada müdaxilə edirlər.

Yeri gəlmişkən, 1997-ci ildə Yaponiyada baş verən dəhşətli zəlzələ, ardınca yaranan sunamilərdən qabaq da səmada UNO-lər görünüb. Ümumiyyətlə yadplanetlilər bütün təbii, hətta Çernobıl AES-də partlayış kimi texnogen fəlakətlərdən öncə həmin məkanda görüntülənirlər.

Hazırda UNO-lar daha çox Meksika zəlzələsindən sonra Şimali Amerikaya daha bir fəlakət gətirə biləcək San-Andreas dağıntıları xətti üzərində uçuşurlar. Bəzi ufoloqların fikrincə, “uçan boşqablar”ın bu görüntüsü insanlara növbəti xəbərdarlıqdır.

Araşdırmalara görə, yerə gələn məxluqlar daha çox fırtınaları sevirlər. Praktiki olaraq fırtılanarın lentə alındığı görüntülərin çoxunda “uçan boşqab”a, yaxud da qəribə obyektə rast gəlmək mümükündür.

İtaliyada baş verən fırtına zamanı lentə alınan video bu qənaəti təsdiqləyir.

Altunay
Tarix: 13-09-2017, 21:00
Xəbəri paylaş





Xəbər lenti