İsgəndəryan: “İrəvan Moskvanı şantaj edir”

İsgəndəryan: “İrəvan Moskvanı şantaj edir” Ermənistan Avrasiya İttifaqının tərkibindən çıxmayacaq.

Siam.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan söyləyib. Onun sözlərinə görə, Ermənistanda İrəvanın Avrasiya İttifaqından çıxacağı ilə bağlı səsləndirilən fikirlər Rusiyaya şantaj xarakteri daşıyır:


“Aydındır ki, Yelk Partiyasının Ermənistanın Avrasiya İttifaqından çıxmağı ilə bağlı parlamentdə irəli sürdüyü layihə hökumət tərəfindən qabaqcadan planlaşdırılıb. İrəvan bununla Moskvanı şantaj etmək istəyir. İstənilən halda Ermənistan Avrasiya İttifaqından çıxmayacaq. Ermənistan və Avropa Birliyi arasında razılaşmaya gəlincə isə bunu dəyərləndirmək gərək deyil”, – deyə o bildirib.

Siam.az
Tarix: 14-09-2017, 09:35
Xəbəri paylaş





Xəbər lenti