ABŞ kürdlərdən referendumu TƏXİRƏ SALMAĞI tələb etdi

ABŞ kürdlərdən referendumu TƏXİRƏ SALMAĞI tələb etdi Hurriyyet.org xəbər verir ki, ABŞ-ın İŞİD ilə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqark Şiamli İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirmək istədiyi referendumun təxirə salınmasını tələb edib.

Makqark İraqın şimalındkı Süleymaniyyə şəhərində müxalifətçi “Qoran” (Dəyişiklik) hərəkatının lideri Ömər Seyid Əli ilə partiya mərkəzində görüşüb.


Mətbuata qapalı şəkildə keçirilən görüşün detalları haqqında jurnalistlərə müsahibə verən “Qoran” üzvü Hoşyar Ömər çox ciddi bir görüş keçirdiklərini, Makqarkın onlara üç mesaj verdiyini bildirib: “Brett Makqark bizə üç mesaj verdi. Birincisi, ABŞ yüz faiz referenduma qarşıdır və bunun əksinə deyilənlərin heç biri doğru deyil. O, qarşıdakı prosesdə referendum məsələsi ilə daha ciddi açıqlamaların olacağını deyib. İkincisi, referendumun Şimali İraq Kürd Muxtariyyətinin məclisinin qərarı ilə təxirə salınmasının lazım olduğunu bildirdi. Üçüncüsü isə, ABŞ, Fransa və İngiltərənin dəstəyi ilə qarşımızdakı həftə BMT-də yeni bir çərçivədə, Ərbil və Bağdad arasında ciddi görüşlərin başlamasına hazır olduqlarını söyləyib”.

Makqarkın, Ərbildə referendum məsələsini müzakirə eləmək üçün Kürd Muxtariyyətinin başçısı Məsud Bərzani ilə görüşəcəyi gözlənilir.

İraq ziyarəti çərçivəsində paytaxt Bağdada gələn Makqark, İraqın baş naziri Heydər əl Abadi ilə görüşmüşdü.
Tarix: 14-09-2017, 15:11
Xəbəri paylaş





Xəbər lenti