NATO-dan S-400 açıqlaması: “Bu, Türkiyənin...”

NATO-dan S-400 açıqlaması: “Bu, Türkiyənin...” Hurriyyet.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkyənin Rusiyadan s-400 satın alması ilə bağlı deyib: “NATO üzvləri hansı hərbi ləvazimatları almaq qərarını özləri verirlər”.

Türkiyənin Rusiyadan raket müdafiə sistemləri satın almasına NATO-dan ilk reaksiya gəlib. Baş Katib Stoltenberq Türkiyənin lehinə danışıb: “NATO üzvləri hansı hərbi ləvazimatları almaq qərarını özləri verirlər. Bu, Türkiyənin milli qərarıdır. NATO üçün mühüm olan bizim fərqli sistemlərimizin birlikdə çalışması və bizim “ortaq əməkdaşlıq” adlandırdığımız şeydir. Bu sistemi NATO-nun havadan müdafiə sisteminə inteqrasiya eləmək tələbi daxil olmayıb. Ona görə də bu məsələ hələlik müzakirədə mövzusu deyil”.


NATO-nun baş katibi Ankaranın beynəlxalq təşkilatdan heç bir tələbinin olmadığını da bildirib: “NATO-da inteqrasiya hava müdafiə sistemimiz var. Lakin təbii ki, dövlətlərin inteqrasiya edilməmiş müstəqil sistemlərə sahib olması mümkündür. Və Türkiyə bu sistemi NATO hava müdafiəsi sisteminə inteqrasiya eləmək tələbi irəli sürməyib”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən S-400 raket hücumundan müdafiə sistemi ilə bağlı müqavilənin artıq bağlandığını və Ankaranın bu sistemləri satın almaq üçün ilkin ödəniş elədyini bildirmişdi.
Tarix: 14-09-2017, 15:12
Xəbəri paylaş





Xəbər lenti