Kürdüstan müstəqil olacaqmı? - Danışıqlar başlayır

Kürdüstan müstəqil olacaqmı? - Danışıqlar başlayır İraq rəsmiləri ilə Kürdüstan nümayəndələri arasında növbəti həftə yenidən referendumla bağlı müzakirələr aparılacaq.

Axar.az xəbər verir ki, bu barədə İraq hökumətinin Kürdüstanla əlaqələr üzrə müşaviri Abdullah Zeydi deyib. O bildirib ki, bununla bağlı razılıq Kürdüstan administrasiyasının sözçüsü ilə telefon danışığından sonra əldə olunub.

Xatırladaq ki, Kürdüstanın müstəqilliyi ilə bağlı 25 sentyabrda referendum keçiriləcək.
Tarix: 14-09-2017, 23:26
Xəbəri paylaş





Xəbər lenti