Ermənistan iqtidarı daxilində silahlı mübarizə:İrəvanda atışan kimlərdir? - VİDEO

Ermənistan iqtidarı daxilində silahlı mübarizə:İrəvanda atışan kimlərdir? - VİDEO İrəvanda sentyabrın 14-də baş verən atışmanın təfərrüatları məlum olub.

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu barədə keçirdiyi brifinqdə "Keçid" fraksiyasının lideri Nikol Paşinyan açıqlamalar verib: "Bu hakimiyyət daxili mübarizədir. Artıq bu mübarizə siyasi müstəvidən silahlı qarşıdurmalar keçib. Onlar artıq açıq şəkildə adam öldürür və belə qətlləri paytaxtın mərkəzində həyata keçirməkdən belə çəkinmir".


O əlavə edib ki, inanmasa da cinayətkarların tapılması üçün aidiyyəti qurumların və şəhər meriyasının hərəkətə keçməsi üçün siyasi təşkilat adından müraciət edəcəklər.
Tarix: 15-09-2017, 22:05
Xəbəri paylaş





Xəbər lenti