İŞİD-in mühasirəsində 9 ay yaşayan əsgərlər necə sağ qalıb?

İŞİD-in mühasirəsində 9 ay yaşayan əsgərlər necə sağ qalıb? Ötən ilin yanvar ayından bu günə qədər İŞİD-in mühasirəsində olan əsgərlərin 9 ay ərzində hansı şəkildə sağ qaldıqları məlum olub.

Axar.az xəbər verir ki, Deyr əz-Zor ətrafında mühasirədə qalan əsgərlər 9 ay boyunca havadan tədarük edilən sursat və ərzalardan istifadə edərək terrorçularla mübarizə aparıblar.

İŞİD-in Fərat çayından hərbi bazaya gələn suyu kəsməsindən sonra əsgərlər quyu suyundan istifadə ediblər, zamanla buna alışıblar.

Əli adlı suriyalı bir zabit bildirib ki, hər zaman quyumuz var idi, oradan gələn su bəzən acı, bəzən duzlu gəlirdi, amma o sudan içməyi bacarırdıq.
Tarix: 16-09-2017, 07:58
Xəbəri paylaş





Xəbər lenti