ABŞ-dan KÜRDLƏRƏ ŞOK! “Referendum ləğv edilsin” – “təxirə salmaq” ifadəsi artıq səslənmir

ABŞ-dan KÜRDLƏRƏ ŞOK! “Referendum ləğv edilsin” – “təxirə salmaq” ifadəsi artıq səslənmir Hurriyyet.org xəbər verir ki, Ağ Evin mətbuat katibi Sara Sanders, Şimali İraqda keçirilməsi planlaşdırılan referendumla bağlı açıqlamalar verib. Sanders açıqlamasında deyib: “ABŞ, İraq Regional Kürd Muxtariyyətinin ayın axırında referendum keçirmək niyyətini dəstəkləmir. ABŞ, Kürd Muxtariyyəti liderlərinə, bu referendumun İŞİD ilə mübarizə və azad edilən bölgələrdə sabitliyi təmin etmək səylərinə olan diqqəti yayındıracağını dəfələrlə vurğulayıb”.

Referendum ləğv edilsin

“Mübahisəli bölgələrdə bu referendumu keçirmək, açıq bir şəkildə təxribat və sabitliyi pozmaq deməkdir. Bu səbəbdən Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyini, referendumu ləğv eləməyə və Bağdad ilə ciddi və davamlı dialoq aparmağa çağırırıq. ABŞ bu səyləri asanlaşdırmaq üçün çalışacaq”.

“Təxirə salmaq” çağırışı “ləğv edilsin” ilə əvəzləndi

ABŞ iqtidarı uzun müddət idi ki, referendumun təxirə salınması üçün səy göstərirdi. İndi də ifadə tərzlərini dəyişdirib, referendumu tamamilə ləğv etmələri diqqəti cəlb edib.
Tarix: 16-09-2017, 22:07
Xəbəri paylaş





Xəbər lenti