İraqdan xəbərdarlıq: Kürdüstana müdaxilə edəcəyik

İraqdan xəbərdarlıq: Kürdüstana müdaxilə edəcəyik Referendum zorakılıqla nəticələnərsə, hərbi yola baş vuracağıq.

Axar.az xəbər verir ki, bu sözləri İraqın Baş naziri Heydər Abadi 25 sentyabrda Kürdüstanda keçirilməsi nəzərdə tutulan müstəqillik referendum barədə danışarkən söyləyib.

“İraq xalqı hüquqi müstəvidən kənar güc yolu ilə zorakılığa məruz qalarsa, hərbi yolla müdaxilə etmək məcburiyyətində olacağıq. İraqın və regionun sərhədlərinə qarşı gəlmək olduqca təhlükəlidir”, - Abadi bildirib.
Tarix: 17-09-2017, 08:28
Xəbəri paylaş





Xəbər lenti