Ermənistanda müharibə başladı-Karapetyan Sarkisyana qarşı

Ermənistanda müharibə başladı-Karapetyan Sarkisyana qarşı Ermənistanın baş naziri Karen Karapetyan 2018-ci ildə baş nazir vəzifəsində qalmaq istəyir.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, Karapetyan perspektivlə bağlı fikirlərini “Ermənistan-Diaspora” forumundakı çıxışında dilə gətirib.


Xatırladaq ki, gələn ilin aprelində prezident Serj Sarkisyanın prezident səlahiyyətləri başa çatacaq. Ermənistandakı konstitusiya dəyişikliklərindən sonra ölkənin parlament üsul-idarəsinə keçidi ilə əlaqədar S.Sərkisyan hökumətə rəhbərlik etməyi planlaşdırır.

Düzdür, bu ilin iyulunda S.Sərkisyan 2018-ci ildə baş nazir kürsüsündə kimin oturacağını o qədər də əhəmiyyətli hesab etmədiyini demişdi. Lakin davranışlarından aydın şəkildə görünür ki, əli erməni xalqının qanına batmış prezident ölkə hökumətinə rəhbərlik etməklə hakimiyyətini davam etdirmək və məsuliyyətdən yaxa qurtarmaqdan ötrü Rusiyanın və erməni diasporunun dəstəyini qazanmaq üçün cəhdlər göstərir.

İrəvandakı forumda iştirak edən Livan ermənisi Ambik Martirosyanın “Karapetyan istəyirmi baş nazir postunda qalsın” sualına “bəli” cavabını verməklə K.Karapetyan faktiki olaraq baş nazirlik uğrunda savaşı açıq elan edib.

Cavid TURAN,
Tarix: 19-09-2017, 18:02
Xəbəri paylaş





Xəbər lenti