“MKİ-nin Ermənistandakı atom bombaları ilə bağlı məlumatı araşdırılmalıdır”

Natiq Miri: “Əgər informasiya doğrudursa, həyəcan təbili çalınmalıdır, çünki...” “MKİ-nin Ermənistandakı atom bombaları ilə bağlı məlumatı araşdırılmalıdır” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi səhifəsində Ermənistanda gizli nüvə bombasının möcudluğu ilə bağlı informasiya yer alıb. Məlumata görə, düşmən ölkədə bu cür bombaların yerləşdiyi 6 bunker mövcuddur.

Maraqlıdır, Azərbaycan MKİ-nin yaydığı bu informasiyanın araşdırılması istiqamətində iş aparmalıdırmı? Bu məlumatların öz təsdiqini tapdığı təqdirdə Ermənistana qarşı sanksiyaların tətbiqi rəsmi Bakı tərəfindən gündəmə gətirilə bilərmi?


Moderator.az -a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri politoloq Natiq Miri bunun vacib olduğunu vurğuladı:

“Ermənistanda belə bir bomba varsa, bu, sovet imperiyası dönəmindən qalma bombalardır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan nüvə bombası istehsal etmək imkanından çox-çox uzaqdır. Belə bir nüvə bombasının Ermənistanda istehsalına imkan da verilməz. Texnoloji baxımdan Ermənistan belə bir bomba istehsal etmək imkanından çox uzaqdır. Bu, sovet dönəmindən qalma bomba ola bilər və informasiya doğrudursa, bu yöndə həyəcan təbili çalmaq lazımdır.

Ermənistan normal, demokratik bir idarəetməyə malik dövlət deyil. Ermənistanı kriminal xunta idarə edir. Belə bir rejimin mövcudluğu həmin bombaları bütün region üçün təhlükəli edir. Əgər belə bir bomba varsa, həyəcan siqnalı çalmaqla bu bombaların Ermənistanan Rusiyaya köçürülməsini tələb etmək lazımdır. Ermənistanda hərbi çevriliş nətiəsində bu bombalar kriminal dairələrin əlinə keçə bilər. Bu da qlobal təhlükə törədə bilər. Onlar bu bombaları terror qruplaşmalarına sata da bilər. Odur ki, təhlükənin miqyası doğru qiymətləndirilməli və lazımi addımlar atılmalıdır”.
Tarix: 19-09-2017, 20:21
Xəbəri paylaş





Xəbər lenti