Lavrov rəsmi topantıda isveçli jurnalistə belə dedi:“İndisə rədd olun” + VİDEO
Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Nyu Yorkda isveçli həmkarı Didye Burkxalterlə görüşüb.Strateq.az Teleqraf.com-a istinadən xəbər verir ki, görüşdən əvvəl Lavrovla isveçli jurnalist arasında maraqlı dialoq yaşanıb.
Jurnalist “Burkxalterin son günlərində ona nə arzulayardız” sualına Lavrov belə cavab verib: “İndi mətbuat konfransı deyil. Sualınıza gəlincə, əsas mənim ona deyil, onun özünə nə arzulamasıdır”.
Cavab İsveç XİN rəhbərinin xoşuna gəlib: “Əsl rus cavabıdır”.
Bundan sonra, Lavrov jurnalistə gülümsəyərək “İndi isə rədd olun” sözünü deyib.
Həmin görüntüləri təqdim edirik:
Tarix: 19-09-2017, 21:25