Qazaxıstanda etnik gərginlik:ruslarla qazaxlar arasında soyuqluq sürətlə güclənir - ARAŞDIRMA

Qazaxıstanda etnik gərginlik:ruslarla qazaxlar arasında soyuqluq sürətlə güclənir - ARAŞDIRMA Aleksandr Şustov

“Русские в Казахстане” (Qazaxıstan), 19.09.2017



Sosioloji sorğuların məlumatları Qazaxıstanın iki əsas etnosu – qazax və ruslar arasında soyuqluğun gücləndiyini qeydə alır ki, bu da respbulika üçün ciddi daxili-siyasi risklər yaradır.

Qazaxıstanın internet məkanında bu ilin mayında Qazaxıstan Sosioloq və Politoloqlar Assosiasiyasının (SvPA) idarə heyətinin sədri Baxıtjamal Bekturqanovanın “Ruslar və qazaxlar: etnoslararası soyuqluq niyə güclənir” məqaləsi dərc edilmiş və ölkənin iki əsas etnosu arasındakı münasibətlərdə ziddiyyətlərin gücləndiyi qeyd olunmuşdu.

Material saytların əksəriyyətindən çox sürətlə çıxardılıb, lakin saxlanmış surətlərinə əl çatır. Onun çıxardılması faktının özü hakimiyyətin milli-etnik problemlərə son dərəcə ehtiyatlı münasibətindən danışır və xəbər verir ki, bölgənin ən çoxmillətli dövlətlərindn birində millətlərarası münasibətlər sahəsində heç də hər şey qaydasında deyil.


SvPA monitoriq sorğularının məlumatına əsasən, ölkədə son dörd ildə etnoslararası soyuqluq səviyyəsi 1,3 dəfə yüksəlib. 2012-ci ildə qazaxıstanlıların 19,6%-i “etnik qruplar qapalı həyat sürür, heç bir münasibət yoxdur”, “maraqlar kəsişmir” fikri ilə razılaşırdısa, 2016-cı ildə belələri artıq 26,4% olub. Həm də etnoslararası ən yüksək soyuqluq rus əhalinin ənənəvi yaşadığı rayonlarda – şimalda, şərqdə və ölkənin mərkəzində, həmçinin rusdilli xeyli əhalinin qaldığı Alma-Atada qeydə alınır. Nəticədə Qazaxıstan rusları içində tədricən titullu millətlə sıx təmasları nəzərdə tutmayan diaspor yaşayış tərzi, dünyagörüşü və davranışı biçimlənir.

“Qazaxıstanda əsas etnik qrupların təmsilçilərinin əksəriyyəti daha sıx münasibətləri ehtimal edən münasibətlər –biznesi birgə inkişaf etdirmək, ailə-nigah münasibətlərinə girmək və s. üçün praktik olaraq qapalıdır, – araşdırmada qeyd olunur. – Yönəldilmiş etnik xofun varlığı qeydə alınır, lakin yetərincə seyrək şəkildə və ruslardansa (bunların içində tək-tük hallar qeydə alınır) xeyli dərəcədə qazaxları (əsasən 18-dən 30 yaşadək) səciyyələndirir”.

Son zamanlar respublikanın rusdilli əhalisinə, özü də təkcə slavyanlara deyil, həm də qazax əhaliyə qarşı səbirsiz münasibət sərgiləyən qazax millətçiliyi millətlərarası münasibətlərə mənfi təsir edən destruktiv amil qismində fərqləndirilir.



Gərginlik xətləri



Sosioloqlar millətlərarası münasibətlərdə iki əsas gərginlik xətti ayırırlar. Birincisi və başlıcası qazaxlar və rusdilli qazaxlar, “ikinci plan xətti” isə qazaxdilli qazaxlarla ruslar arasından keçir. Maraqlıdır ki, ruslar içində millətlərarası gərginlik səviyyəsi titullu xalq olmaqla daha üstün durumda olan qazaxlar arasındakından iki dəfə yüksəkdir. Ruslar arasında qazaxdilli qazaxlarla münasibətlərin gərginliyini hər 6 respondentdən biri qeyd edirsə, qazaxlar içində ruslarla münasibət gərginliyini yalnız 11-dən biri qeyd edir. Eyni zamanda açıq millətlərarası münaqişə gözləntisi rus və qazaxlarda üst-üstə düşür: sorğulanan hər beş nəfərdən biri iddia edir ki, münaqişədən “qaçmaq olmayacaq”, “hər şey buna gedir”.

Bekturqanova ruslar və qazaxlarda “ksenofobiya əhvalının indikatoru” kimi şərh etdiyi milli münaqişə potensialının (32,9% və 34,9%) üst-üstə düşdüyünü də təsadüfi saymır.

Qazaxıstanın rus əhalisinin etnik soyuqluğunun inkişafında əsas qaynaq qazaxların milli özünüdərkinin artması və respublikada etnik gərginliyin artan siyasiləşməsidir. Son illərdə informasiya məkanında Qazaxsıtanın qazaxların və qazax mədəniyyəti ölkəsi kimi təbliği hiss olunacaq dərəcədə güclənib ki, bu da “rusdilli qazaxlar daxil olmaqla ruslarda millətlərarası soyuqluq və ksenofobiyanın artımına” aparır.

Sayı 20%-ədək azalmış rusdilli məktəblərin azalması, həmçinin rusların sosial-peşəkarlıq sahəsindən sıxışdırmaq üçün qazax dilini bilməmək amilindən istifadənin güclənməsi mənfi reaksiya doğurur.

Sorğuların məlumatlarına əsasən, dövlət qurumları tərəfindən etnik hüquqların pozulması ruslara münasibətdə 1,3 dəfə çox həyata keçirilir, onları dövlət dilinin tətbiqinə “antidemokartik tədbir” kimi yanaşmağa məcbur edir.

Qazaxıstanın rus əhalisinin üçdə ikisi dil əlamətinə görə özünü sıxıdırılmış sayır, respublikanın cənubu və qərbində isə bu rəqəm 90%-ə yaxınlaşır! B.Bekturqanovanın qeyd etdiyinə görə, təkcə son bir ildə dil əlamətinə görə rusların hüquqlarının pozulma miqyası iki dəfədən çox artıb.

Durum bununla ağırlaşır ki, ruslar arasında qazax dilinə yiyələnmə səviyyəsi hələ də olduqca aşağıdır, amma qazaxlaırn üstünlük təşkil etdiyi bölgələrdə hiss olunası dərəcədə yüksəkdir. Bütünlükdə respublikada rusların 4,5%-i dilə sərbəst yiyiələnib, halbuki ölkənin cənubu və qərbində 9%, paytaxtda isə 17,4%-dir.



Demoqrafiya və siyasət



Slavyan əhalinin ən fəal mərhələsi 1990-cı illərə düşən kütləvi köçünə baxmayaraq, 2016-cı ilin əvvəlinin məlumatına əsasən, rusların sayı 3 milyon 644,5 min nəfər və yaxud Qazaxıstanın bütün əhalisinin 20,6%-i təşkil edir. Bundan başqa, respublikada etnikcə ruslara olduqca yaxın və başdan-başa rusdilli 289,7 min ukraynalı və 58 min belarus yaşayır. Qazaxıstanın şərqi slavyan əhalisi ümumilikdə 4 milyona yaxlınlaşır və ölkə əhalisinin, təxminən, dörddə birini təşkil edir. Rus əhalinin əksəriyyəti əvvəlkitək Qazaxıstanın Rusiyada başdan-başa rusların məskunlaşdığı zonaları ilə həmsərhəd şimal və şimali-şərq bölgələrinə cəmləşib. Deməli, 2016-cı ilin əvvəlinin məlumatına görə, Kostanay vilayətində rus əhalinin payı 41,6%, Karaqandada 36,5%, Akmolinksdə 33,6%, Pavlodarskda 36,5%, Şimali Qazaxıstanda 37% təşkil edir. Eyni zamanda Kostanay və Şimali Qazaxıstan vilayətlərində rusların sayı qazaxlardan çoxdur. Ruslar Qazaxıstanın yeni paytaxtı Astananın əhalisinin 15%-i və köhnə paytaxt Alma-Atada 27,5% təşkil edir.

Qazax elitası və ekspert cəmiyyətinin fikrincə, Rusiya ilə həmsərhəd şimal bölgələrində slavyan əhalinin üstünlük təşkil etməsi Qazaxıstanın ərazi bütövlüyünü təhdid edən etnik separatizm problemi doğurur.

2014-cü ildən sonra Qazaxıstanın şimal bölgələrində “Krım ssenarisi”nin mümkün təkrarı xüsusunda əndişələr yalnız güclənib. Buna görə də rusların respublikadan köçünə bu gün heç kim mane olmur. Son zamanlar bunun həcmi davamlı artır, lakin hələlik çox da böyük deyil (keçən il üçün 23 min nəfər) və ruslar görünən perspektivdə Qazaxıstanın sayca ikinci xalqı olacaq. Buna görə də Qazaxıstan hökuməti etnik qazaxların cənubdan şimala köçünü həvəsləndirmək niyyətindədir. 2018-2022-ci illərdə daha çox “ruslaşdırılmış” dörd vilayətə – Şimali Qazaxıstan, Kostanay, Pavlodarsk və Şərqi Qazaxıstana cənub bölgələrindən 59 min qazax ailəsi köçürmək planlaşdırılır. Hökumət bu proqram çərçivəsində köçkünlərin nəqliyyat xərcləri, mənzil kirayəsi dəyəri, güzəştli mənzil kreditlərini əvəzləmək, işə düzəlməyə hərəkət vermək və biznesin inkişafına qrant verməyi nəzərdə turur.



Qazax milli dövlətini necə qurmalı




Qazaxıstanın etnik-milli problemləri bir çox baxımdan onun seçdiyi, millətin etnik əsasda biriklənməsini tələb edən milli dövlət quruculuğu modelindən qaynaqlanır. Onu siyasət (ümumvətəndaş) dövləti kimi qurmaq cəhdləri Qazaxıstanda yalnız bir millətin – qazaxların olduğunu, qalan bütün xalqları isə etnik azlıq hesab edən milliyyətçi köklənmiş hakim və mədəni elitanın əks-fəaliyyəti ilə üzləşir. Milli dövlətdə yalnız qazax dilinin ola biləcəyi dövlət dili problemi də buradan qaynaqlanır.

Müasir Qazaxıstanın təşəkkülündə rus dilinin böyük roluna istinadlar qazaxların Rusiya imperiyası və SSRİ-nin tərkibində olarkən bütün mənfi məqamları toplayan “müstəmləkəçilik nəzəriyyəsi” ilə toqquşur. Qazax etnosunun son iyirmi beş il boyunca “milli dirçəliş” prosesləri qazax etnik millətçiliyinin sonrakı süni artımını törədir. SvPA-nın keçən ilin aprel-mayında apardığı və respublikanın 14 vilayətinin 29 yaşayış məntəqəsini əhatə edən “Qazaxıstan gəncliyinin etnik-dini eyniyyəti” araşdırması qazaxların milli özünüdərkinin formalaşmasında etnik-məzhəb amillərinin rolunun gücləndiyini göstərib. “Qazaxdilli gənclik rusdilli yaşıdları ilə müqayisədə daha yüksək, yönəldilmiş etnofobiya, dözümsüzlük, dini zəmində münaqişəlilik potensialı göstəriciləri ilə seçilir, – məruzədə deyilir. – Bölgə gəncliyinin ayrı-ayrı şəxsləri və yaxud qrupları destruktiv hadisələrin (etnik zəmində kütləvi iğtişaşlar, teraktlar və s.) içində getdikcə daha tez-tez görünürlər”.

Bununla yanaşı, rusların əksəriyyəti siyasi planda indiki nisbətən sakit (“səbirli”) durumunun zamini saydığı Nazarbayevin ardıcıl tərəfdarları sırasına aiddir.

Qazaxıstan rusları arasında bu xüsusda əndişə güclüdür ki, fəalaiyyətdəki prezidentin varisi daha sərt milli-mədəni siyasət yürüdəcək, bu da onların durumuna mənfi təsir edəcək. Rusların sayının azalması hakimiyyət üçün isə elektoral bazanın ixtisarına səbəb olur. Slavyan əhalinin sayı azaldıqca qazax etnosunun öz daxilində ziddiyyətlərin kəskinləşdiyi müşahidə olunur. Özü də həm rusca və qazaxca danışan qazaxlar daxilində, həm də respublikanın siyasi və iqtisadi elitasında heç də bərabər şəkildə təmsil edilməmiş müxtəlif juzlar (tayfa birlikləri) arasında.



Risk və təhlükələr



Ruslar və qazaxlar arasında soyuqluğun güclənməsi Qazaxıstan üçün birbaşa təhlükə təşkil etmir. “Rus əhalinin münaqişəlilik enerjisinin hipotetik kütləvi “çıxış” riski sorğu materiallarında əsaslı təcrübi təsdiqini tapmır, lakin bu cür enerjinin lokal-bölgəsəl səviyyədə toplanma əlamətləri qeydə alınır, – Bekturqanova qeyd edir. – İndiki durumdan narazılığı içinə salan ruslar “Nazarbayev Qazaxıstanı”nın onlar üçün örnək verdiyi sakitlik və sabitliyə üstünlük verirlər… Çox ehtimal ki, ən yaxın illərdə heç bir səfərbəredici “rus ideyası” hətta sosial ədalət haqda cazibədar şüarlar altında Qazaxıstanda rus əksəriyyətin dəstəyinə güvənə bilməz”.

Bununla belə, etnik soyuqluğun güclənməsi orta və uzunmüddətli perspektivdə daxili sabitliyə tamamilə gerçək təhlükə yarada bilər.

Tərcümə Strateq.az-ındır.
Tarix: 21-09-2017, 07:37
Xəbəri paylaş





Xəbər lenti