NATO savaşı başlatmaq istəyir - Lavrov

NATO savaşı başlatmaq istəyir - Lavrov NATO Avropa regionunda yenidən soyuq savaş aurasını yaratmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-də çıxışı zamanı deyib.

“Son 25 ildə bütün sınaqlara rəğmən ölkəmiz “Soyuq savaş” iqliminin yox edilməsində üzərinə düşən vəzifəsini uğurla yerinə yetirdi. Avropa-Atlantik regionun və ümumən bütün dünyada etibarın və qarşılıqlı anlayışın güclənməsi üçün çox şey etdik. Lakin qərbli partnyorlardan bunun qarşılığını görmədik. NATO 1990-cı illərdə böyük təntənə ilə elan edilən ATƏT-in bərabərlik və bölünməzlik prinspini ləğv edərək “Soyuq Savaş” mühiti yaratmağa can atır”, - XİN rəhbəri bildirib.
Tarix: 22-09-2017, 08:25
Xəbəri paylaş





Xəbər lenti