Trampdan Ərdoğana böyük jest: “O mənim dostum oldu”

Trampdan Ərdoğana böyük jest: “O mənim dostum oldu” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb. Axar.az xəbər verir ki, dövlət başçıları Nyu Yorkda “Lotte Nyu York Palace” otelində Bakı vaxtı ilə 23:15-də bir araya gəliblər.
Görüşdən əvvəl liderlər mətbuata açıqlamalar veriblər. Ərdoğan “Regional problemləri müzakirə edəcəyik” deyə bildirib. Bundan əlavə, tərəflərin iki ölkə arasında yaşanan anlaşılmazlıqları da müzakirə edəcəkləri gözlənilir.
“Biz əvvəllər olmadığı qədər indi yaxınıq”- Bu sözləri ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barəsində deyib. “O, mənim dostum oldu. Onun liderliyi olduqca yüksək qiymətləndirilir”, – Tramp bildirib.
Tarix: 22-09-2017, 08:37
Xəbəri paylaş





Xəbər lenti