Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR Türkiyə arxivlərində hazırda İraq Kürd Muxtariyyətinin lideri olan Məsud Bərzaninin nəsili haqda bir-birindən təzadlı çox maraqlı məlumatlar var.

Strateq.az xəbər verir ki, Bərzani əşirətinin son 300 ildə nələr etdiyi haqda türk araşdırmaçı yazar Murad Bardakçı arxiv materialları əsasında araşdırma aparıb.


Həmin araşdırmanı təqdim edirik:

****

Türkiyə arxivlərində Bərzan əşirəti haqda yüzlərə sənəd var. Bu sənədlərin demək olar ki, hamısında 19-cu əsrdən bu günə qədər bərzanilərin dövlətə qarşı heç də xoş olmayan üsyanlarından bəhs edilir.

Adını son illər daha çox eşitdiyimiz Məsud Bərzaninin ailəsi haqqında olan sənədlər Osmanlı haqda arxivlərdə hamıya açıqdır.

Kimdir bərzanilər?

Bərzanilər Bərzan əşirətinin təmsilçiəri kimi 1800-cü illərin əvvəlindən başlayaraq, dövlətə baş qaldırmaqla bölgə tarixinə düşüblər.

Bu əşirətin liderləri adətən Osmanlı İmperatorluğu, Rusiya və İran arasında manevr etmələri, xarici diplomatlarla gizli təmaslar, digər əşirət və hərbi birliklərlə tez-tez savaşa girmələri, həmçinin, həbs, basqın və sair kimi qarışıq və xoşagəlməz hadisələrlə tarixə həkk olunublar.

O zamanlar “müstəqillik” ifadəsi bölgədə dəb olmadığından arxiv sənədlərində Bərzan əşirətinin ancaq və ancaq Osmanlıya – türklərə qarşı illərlə həyata keçirdiyi üsyanlar haqda çox çarpıcı faktlar var.

Məsələn, 1914-cü ilin noyabr ayında bərzanilərin niyə edam edilməsi haqda maraqlı məlumatlar var.

Güclənən əşirətdə bir-birini əvəzləyən bərzanilər…

Qısa olaraq 1914-cü ilin noyabrında Osmanlı sultanın əmri ilə icra edilən əşirət iderinin edamolunma tarixçəsinə nəzər salaq.

1900-cü illərdə Bərzan əşirətinin başına Şeyx Abdüssalam geçib.


Abdüssalamın babası Şeyx Məhəmməd dövlətə baş qaldırdığı üçün Osmanlı şahı Sultan Abdülhəmidin əmri ilə bugünkü Şimali İraqda yaşadıqları ərazidə həbs edilib. O, Türkiyənin Bitlis şəhərinə sürgün olunub. Sürgün həyatı bitdikdən sonra əşirətə dönsə də, qısa müddət sonra vəfat edib.

Şeyx Məhəmmədin Abdüssalam, Əhməd, Babo, Məhəmməd Sıddik və Mustafa adlarında beş oğlu olub.

Abdüssalamın əşirət lideri seçilməsindən sonra Bərzan əşirətinin gücü bölgədə sürətlə böyüyüb. Bərzanilər daha çox silahlanmaya gedərək, bölgəyə ciddi ağırıq qoyublar. Və daha sonra isə Osmanlı dövlətinə yenidən başağırısı yaratmağa başlayıblar.

O zamandan başlayan güc toparlanması bugünkü Bərzanî ailəsinin də önə çıxmasında müstəsna rol oynayıb.

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Abdüssalam Barzani (soldan ikinci).

Rəsmi dil tələbi

Abdüssalam əşirət lideri olduqdan sonra, o, sələflərindən fərqli olaraq, siyasi müstəvidə fəaliyyət göstərən kürd cəmiyyətləri və partiyaları ilə təmas qurub.

Abdüssalam 1907-ci ildə kürd dilinin bölgədə rəsmi dil kimi qəbul edilməsi, vəzifələrə ancaq kürd dilini bilənlərin təyin olunması, məhkəmə qərarlarının şəriət hökmləri əsasında verilməsi, həmçinin bölgədən toplanan vergilərin ancaq bölgəyə xərclənməsi kimi tələblər irəi sürüb.

Bununla kifayətlənməyən Bərzan əşirətinin yeni lideri silahlı basqın və digər əməlləri ilə Osmanlı dövlətinə qarşı problemlər yaratmağa başayıb. Vəziyyəti belə görən dövlət bölgəyə Dağıstanlı Mehmed Paşanın komandanlığı ilə hərbi birlik göndərir.

Osmanlının hərbi birlik göndərməsindən qorxuya düşən Abdüssalam sahib olduğu əşirət və torpaqları buraxaraq, bölgədən qaçıb. Bərzan əşirətinin nəzarət etdiyi torpaqlara girən Dağıstanlı Mehmed Paşa və əsgərləri Abdüssalamın ailəsi və qardaşı Mustafanı da həbs edib, özləri ilə Mosula aparıblar.

Həmin vaxt üç yaşında olan Mustafa sonraki illərdə “Molla Mustafa Bərzani” kimi tanınıb…

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Molla Mustafa Barzani.

Xarici "emissarlar"lara gizi təmaslar…


Dağıstanlı Mehmed Paşanın bölgədəki əməliyyatından düz bir il sonra Abdüssalam Bərzan əşirətinə geri dönüb.

Onun dönüşü ilə bölgədə yenidən gərginlik, silahlı döyüşlər başlayıb. Nəhayət, bölgədə sabitliyi uzun müddətli qorumaq üçün Osmanlı hökuməti əşirətlə danışıqlar apararaq, geçmişdə baş verənəri unudub, daimi sülhü bərqərar etməyə çaışıb.

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Sultan Rəşad

Hətta sülhün daimi olması, əşirətə dövlətin hər hansı bir düşmənçiliyinin olmamasını göstərmək üçün 17 avqust 1913-də Sultan Rəşad sonradan “Tələt Paşa” kimi tanınacaq daxili işlər naziri Tələt Bəylə Said Halim Paşanın istəyi ilə Abdüssalam Bərzanini "Dördüncü rütbədən Osmanlı Nişanı"yla mükafatlandırıb.

Amma padişah tərəfindən Abdüssalama medal verilməsi də bölgədəki gərginliyi yumşaltmayıb. Əksinə, bir az da dərinləşdirib.

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Abdüssalam Bərzaniyə medal verilməsi haqqında Sultan Rəşadın fərmanı.

Türk ədəbiyyatının çox önəmli simalarından biri olan Süleyman Nazif Mosul valisi təyin edildikdən sonra bölgədə yenidən silah səsləri, basqın hadısələri çoxalmağa başayıb.

Süleyman Nazif İstanbula göndərdiyi şifrəli teleqramda “Üsyançılara medal verilməsi dövlətə baş qaldıranlarda bir ümid doğurur", – deyə, bəhs edir.

Bundan sonra dövlət yenidən bölgəyə əsgər yeridib. Bu dəfə də əşirətini buraxıb qaçan Şeyx Abdüssalam müxtəlif ərazilərdə gizlənərək, dövlətə qarşı iş aparır. O, hətta bir ara Ermənistana da gizlənib. Orada Rusiya çarı Nikolayın təmsilçiləri ilə görüşüb, sonra gizli şəkildə geri qayıdarkən qonaq qaldığı kəndəki evin sahibinin məlumatı əsasında hərbi birlik tərəfindən həbs edilərək, Mosula götürülüb.

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Süleyman Nazif.

"Unutduq, bunları da asın…"


Mosuldakı 16-ci Hərbi Məhkəmə Abdüssalamla adamlarını 15 noyabr 1914-cü ildə edama məhkum edib.

Sultan Rəşad hərbi nazir Ənver Paşanın 24 noyabr tarixində göndərdiyi məhkəmə qərarını iki gün sonra təqsdiq edib.

Beləliklə, 26 noyabr 1914-cü ildə Abdüssalam və adamları Mosulda dar ağacından asılıblar.

Arxiv sənədlərinə görə, bu edam zamanı qəribə olay da yaşanıb. Belə ki, Hərbi Nazirlikdən Mosula göndərilən məktubda “Daha öncə yollanan edam qərarına bəzı adların yazılmasının unudulduğu fərq edilib”, – deyə, bildirilib və Bərzani əşirətinin daha bir neçə nəfər fəalının edam olunması əmr edilib.

Əmr dərhal yerinə yetirilib.

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Mosul Hərbi Məhkəməsinin Abdüssalam Bərzani və adamları haqqındakı edam qərarının ilk səhifəsi.

Beləliklə, Abdüssalamın edam olunmasından sonra Bərzan əşirətinin başına 18 yaşlı qardaşı Əhməd geçib.

Ondan illər sonra isə Mustafa Bərzani əşirət lideri gətirilib.

Mustafa Bərzaninin oğlu Məsud Barzani isə atasının ölümündən sonra Bərzan əşirətinin lideri olub…

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Sultan Rəşadın Abdüssalam Bərzani və adamları haqqndakı edam fərmanı.

Medal əvəzinə diplomatik pasport…


Dövlətlə Bərzan əşirəti arasında 1800-cü ildən bu günə kimi yaşanan gərginiyin qısa xülasəsi belədir.

Və göründüyü kimi, dəyişən ciddi bir şey də yoxdur. Osmanlı dövründə Bərzanların liderinə əvvəl medal veriir, sonra asılır.

İllər sonra, yəni 20-ci əsrin sonunda isə Osmanlının varisi olan Türkiyənin mərhum prezidenti Turqut Özalın təlimatı ilə Məsud Bərzaniyə diplomatik pasport veriir…

Bölgəni çalxalayan Bərzani kimdir? –Sultanın medal və edam fərmanı, Turqut Özalın diplomatik pasport verdiyi əşirət haqda tarixi sənədlər + FOTOLAR

Məsud Bərzani

İndi də 21-ci əsrdir.


2017-ci ildə dövlət yenə də baş qaldıran Bərzani əşirətini cəzalandırmaq üçün hərəkətə keçir.

25 sentyabr 2017-ci ildə İraq Kürd Muxtariyyətinin lideri olan Məsud Bərzaninin referendum keçirib, bölgədə yeni dövlət – "Kürdüstan" dövləti elan etmək cəhdinə qarşı dünən Türkiyə Böyük Millət Məclisi toplanıb, qərar qəbul etdi. Bəli, 21-ci əsrdə məclis dövlət və onun qollarına yenə bu əşirətin liderini ağır cəzalandırmaq səlahiyyəti verdi…

Bəs, bundan sonra nələr baş verəcək? Növbəti Bərzanini dar ağacından asmaq mümkün olacaqmı?

Önümüzdəki günlər və ya aylarda proseslərin hansı istiqamətdə cərəyan edəcəyini görəcəyik…


Sonda isə Osmanlı dönəmində Mosul valisi olmuş Süleyman Nazifin hələ o zaman dövlətin sutanına yazdığı öngörmənin günümüzdə də nə qədər doğru olduğunu bir daha təkrarlamağa ehtiyac var: bəli, medal vermək, təltif və iltifatlar üsyançılarda ancaq baş qaldırmaq ümidi yaradır, başqa heç nəyə yaramır…
Tarix: 24-09-2017, 21:23
Xəbəri paylaş





Xəbər lenti