Suriyada rusiyalı general öldürülüb

Suriyada rusiyalı general öldürülüb General-leytenant Valeri Asapov İŞİD terror təşkilatının açdığı atəş nəticəsində öldürülüb.

FaktXəbərin məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, rusiyalı hərbi müşavirlərin rəhbəri general-leytenant Asapov Suriya ordusunun idarə məntəqəsində imiş. O, Deyr əz-Zorun azad edilməsi əməliyyatının idarəsində suriyalı komandirlərə yardım edirmiş. Asapov mina partlamasından ağır yaralanıbmış.

V.Asapov komandanlıq tərəfindən ölümündən sonra ali dövlət mükafatına təqdim olunub.

Qeyd edək ki, dünən həmçinin Rusiyanın RİA Novosti agentliyinin müxbirinin olduğu maşının yanında minaatan mərmisi partlayıb. Jurnalist heç bir xəsarət almayıb.
Tarix: 25-09-2017, 09:32
Xəbəri paylaş





Xəbər lenti