“Rusiyanın “5-ci kolon”u Qərblə konfrantasiyaya çalışır- POLİTOLOQ

“Rusiyanın “5-ci kolon”u Qərblə konfrantasiyaya çalışır- POLİTOLOQ Oktyabrda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana aid iki tənqidi hesabatın müzakirəsi keçiriləcək.

Cebhe.info xəbər verir ki, məsələ ilə bağlı AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə şərh verib.



“Rusiyanın “5-ci kolon”u Qərblə konfrantasiyaya çalışır- POLİTOLOQ
O deyib ki, Azərbaycanla Avropa Şurası arasında yaşanan soyuq siyasi əlaqələr təbii ki, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunə zərbədir: “Avropa Şurası daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul edib. Bundan da vacib ölkəmiz üçün hansı dəstək verməlidir ki?! Təssüf ki, iqtidar siyasi məhbus problemi və AİHK qərarlarını icra etmədiyinə görə AŞPA tərəfindən ciddi şəkildə problemlər ortaya çıxa bilər. Ölkəmiz bu mötəbər qurumdan xaric edilməsə də, səsvermə hüququ əlindən alına bilər”.

Politoloq qeyd edib ki, ölkədə demokratiyanın inkişafı və siyasi islahatlar üçün bütün lazımi tədbirlər həyata keçirilməlidir. AŞPA ilə əlaqələrin dayanması və pozulması ilk növbədə işğalçı Ermənistanın xeyrinədir: “Ermənistan insan haqları məsələlərin əlində bayraq tutaraq, ölkəmiz əleyhinə fəaliyyəti genişləndirəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bunu qabardacaq. Necə ki, Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasından Qarabağ problemini insan haqları ilə müqayisə etdi. İqtidar Ermənistanın apardığı bu siyasətin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər almalı, AŞPA ilə əlaqələri yüksək səviyyədə saxlamalıdır. Dünyada ciddi problemlər yaşanır, Azərbaycanın Avropada problemli dövlət kimi tanınmasının qarşısını almaq üçün gərəkən islahatlar aparılmalıdır. Ölkədə Rusiyaya bağlı "5-ci kolon" çalışır ki, ölkəmizlə Qərb arasında konfrantasiya yaşansın”.

Alçina Amilqızı
Tarix: 25-09-2017, 10:20
Xəbəri paylaş





Xəbər lenti