Bərzani ağır bədəl ödəyəcək: Türk qırıcıları havaya qalxdı

Bərzani ağır bədəl ödəyəcək: Türk qırıcıları havaya qalxdı Türk ordusu İraqın şimalındakı Zap və Avasin bölgələrinə aviazərbələr endirib. Axar.az xəbər verir ki, əməliyyat zamanı bölgədəki terrorçulara məxsus sığınacaqlar, silah anbarları, atəş nöqtələri məhv edilib.
Bölgədə əməliyyatların davam edəcəyi bildirilib. Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referenduma start verilib. Türkiyə referendum keçiriləcəyi təqdirdə Bərzani hökumətinin ağır bədəl ödəyəcəyini bildirib.
Referendum başlayandan sonra Türkiyə Şırnakın Silopi rayonundakı olan Habur sərhəd-keçid məntəqəsini tək tərəfli bağladığını açıqlayıb. Bağlanan sərhəd-keçid məntəqəsində yalnız Türkiyədən İraqa keçidə icazə verilir. Şimali İraqdan isə Türkiyə tərəfə keçidə icazə verilmir.
Qeyd edək ki, 22 sentyabrda Türkiyə Milli Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclası keçirilib. İclasda Şimali İraqın referendum keçirəcəyi təqdirdə tətbiq edə biləcəyi sanksiyaları təyin edib. İraq Kürdüstanının lideri Məsud Bərzani isə ötən gün verdiyi açıqlamada referendum qərarından dönməyəcəklərini ifadə edib. Bərzani, Türkiyədən sərhəd-keçid məntəqəsini bağlamayacağını gözlədiklərini bildirib.
Tarix: 25-09-2017, 14:02
Xəbəri paylaş





Xəbər lenti