Vəziyyət daha da gərginləşir- ABŞ MÜHARİBƏ ELAN ETDİ?

Vəziyyət daha da gərginləşir- ABŞ MÜHARİBƏ ELAN ETDİ? ABŞ və Şimali Koreya arasındakı gərginlik daha da artıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ş.Koreyanın xarici işlər naziri Ri Yonq Ho BMT-nin 72-ci sessiyasında iştirak etmək üçün getdiyi Nyu-York şəhərində açıqlamalar verib.

Donald Trampın son açıqlamalarını “ABŞ müharibə elan etdi” kimi şərh edən Ş.Koreya rəsmisi, bundan sonra baş verə biləcək hadisələrin məsuliyyətini ABŞ-ın daşıyacağını bildirib:
“ABŞ təyyarələri beynəlxalq hava məkanında vura bilərik. Bütün dünya bilməlidir ki, müharibə elan edən ilk tərəf ABŞ-dır. Bizim hər cür tədbiri almaq haqqımız var”.
Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Şimali Koreyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini açıqlamışdı.
Tarix: 25-09-2017, 22:17
Xəbəri paylaş





Xəbər lenti