Kürd referendumu Yaxın Şərq bölgəsini qaynatdı:Türkiyə-Rusiya-İran-İraq oxu hərəkətə gəldi

Kürd referendumu Yaxın Şərq bölgəsini qaynatdı:Türkiyə-Rusiya-İran-İraq oxu hərəkətə gəldi İsmet Özçelik

Aydinlik Gazetesi (Türkiyə), 25.09.2016



İraq kürd muxtar administrasiyasının (İKMA) müstəqillik referendumu keçirmək qərarı bölgəni qarışdırıb. Türkiyə, Rusiya, İran, İraq arasında fəal hərəkət müşahidə olunur. Səbəb – “ikinci İsrail”dir.

İran Baş Qərargah rəisi 38 ildə ilk dəfə Ankarada olub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu danışqılardan sonra qəflətən Bağdada yollanıb. Bu yaxınlarda isə İraq Baş Qərargah rəisi Osman əl-Qənimi Ankarada olub.




Putinlə danışıqlar



Xəbər verilir ki, prezident Ərdoğan bu gün sentyabrın 25-də Putinlə telefon söhbəti edib. Onlar cümə axşamı isə birgə şam yeməyi yeyəcəklər. Bir həftədə iki təmas!

Bu, diqqət çəkir..!

Günün əsas gündəliyi İraq və Suriyadır.



İrana səfər




Türkiyə Baş Qərargah rəisi Hülusi Akar ən yaxın günlərdə İrana yollanacaq. Akarın ardınca prezident Ərdoğan Tehrana səfər edəcək. Oktyabrın 4-də baş tutacaq səfərin gündəliyindəki eyni məsələlərdir. Əlamətdardır ki, bu dövlətlərlə münasibətlərdə “baş qərargah rəisləri” ön plana çıxır. Bütün bunlar məlum hadisələrdir. Lakin ictimai rəyə açıqlanmayan təmaslar da tam sürətlə gedir.



Başqa yol yoxdur



Bu hərəkət Türkiyənin Suriya ilə münasibətləri baxımından da önəmlidir. Hazırda Suriya ilə təmasların təməli qoyulur. Hər şeyə əsasən, hazırda dolayı şəkildə gedən danışıqlar qarşıdakı dövrdə birbaşa keçəcək. Türkiyə Ədalət və İnkişaf Partiyası bölgə və Avrasiya ölkələri ilə əməkdaşlığın bu yolundan dönə bilərmi?

Bu, indiki anda siyasi dəhlizlərdə müzakirə olunur. Dərhal deyək ki, bunu etmək asan olmayacaq.

Türkiyə üstünlük vermək deyil, zərurət üzündən Avrasiyaya üz tutub. ABŞ dərin dövlətinin ən önəmli fiqurlarından biri Zbiqnev Bjezinski bunu 30 il öncə görüb. O, “Böyük şahmat lövhəsi” kitabında təsdiq edib ki, Türkiyənin maraqları Avrasiyadadır.

Biz hazırda məhz bu prosesdən keçirik. Bu, Türkiyənin maraqlarıdır. Hətta bəzi xərda tərəddüdlərə baxmayaraq başqa yol yoxdur!

Tərcümə Strateq.az-ındır.
Tarix: 25-09-2017, 23:02
Xəbəri paylaş





Xəbər lenti