Misir piramidasının sirri çözüldü: Yadplanetlilərin gətirdiyi deyilən daşlar əslində...

Misir piramidasının sirri çözüldü: Yadplanetlilərin gətirdiyi deyilən daşlar əslində... Dünyanın 7 möcüzəsindən biri hesab edilən Misir piramidalarının sirri nəhayət ki, çözülüb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, tikinti üçün aparılan 170 min ton qayanın insanın əl işi olan bir kanal vasitəsilə əraziyə gətirildiyi məlum olub.

Bu günə qədər barəsində ən müxtəlif nəzəriyyələr irəli sürülən Misir piramidalarının bu sirri çoxdandır ki, müzakirədədir. Düz 170 min ton qaya daşlarının Nil çayında insan tərəfindən salınan bir kanal vasitəsilə gətirildiyi meydana çıxıb.

Misirdəki ən böyük piramida olan Xeops piramidası ilə bağlı bu sirrin şözülməsi elm aləmində yeni nəfəs olub. İndiyə qədər daşların gətirilməsi yadplanetlilərlə əlaqələndirilsə də, tikintidə iştirak etmiş Merer adlı şəxsin gündəliyindəki yazılar gizəmin çözülməsinə yardım edib. 3 min il tarixi olan gündəlikdə yazılanlara inansaq, daşların hər biri azı 2 ton ağırlığında qranitlər olub. Onları daşımaq üçün Nil çayı üzərində taxta sandallar qurulub. Sandallar iplərlə bir-birinə bağlanıb.

Mühəndislər keçid üçün Nil sahilindəki limandan piramidalar tikilən əraziyə kanal açıb. Nəticədə daşlar 800 km məsafədən daşınıb. Minlərlə işçi cəlb edilib, 170 min ton daş daşınıb. Arxeoloq Mark Lehner artıq kanalın maketinin qurulduğunu açıqlayıb.
Tarix: 26-09-2017, 07:41
Xəbəri paylaş





Xəbər lenti