Yaxın Şərqdə atışma – Ölü və yaralı var

Yaxın Şərqdə atışma – Ölü və yaralı var Qüds şəhərinin girişində naməlum silahlı şəxs israillilərə atəş açıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 İsrail vətəndaşı ölüb, 1 nəfər isə yaralanıb. Yaralı şəxsin vəziyyəti ağırdır.

Hücumun kim tərəfindən icra olunduğu məlum deyil. Lakin hadisənin terror aktı olması ehtimal edilir. Faktla bağlı araşdırma başladılıb.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Abbasov
Tarix: 26-09-2017, 15:42
Xəbəri paylaş





Xəbər lenti