3 prezidentin Kürdüstan SÖHBƏTİ

3 prezidentin Kürdüstan SÖHBƏTİ Rusiya prezidenti Vladimir Putin həmkarları Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə Kürdüstan referendumunu müzakirə edib.

Cebhe.info xəbər verir ki, bu barədə xəbəri Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Onun sözlərinə görə, telefon danışığı zamanı doğrudan da, kürd referendumu müzakirə edilib: "Rusiyanın mövqeyində hazırda heç bir dəyişiklik yoxdur. Biz əvvəlki kimi belə hesab edirik ki, regionda stabillik və təhlükəsizlik üçün dövlətlərin ərazi bütövlüyünün qorunması vacibdir".

Xatırladaq ki, Şimali İraqda keçirilən referendumun nəticələri hələ rəsmən açıqlanmasa da, indiyə qədər sayılan bülletenlərə əsasən "bəli" cavabının 90 faizdən çox olduğu bildirilir. Referendumun nəticəsi rəsmən cümə axşamı elan ediləcək.

Xəzər
Tarix: 26-09-2017, 16:07
Xəbəri paylaş





Xəbər lenti