“Ruslar sərhədlərimizi bombaladılar...”

“Ruslar sərhədlərimizi bombaladılar...” Litvanın müdafiə naziri Raymunds Karbolis bəyan edib ki, “Qərb-2017” Rusiya-Belarus hərbi təlimlərində NATO ölkələri ilə münaqişə və Baltik ölkələrinə hücum məşq edilib. Və təlimlərin son mərhələsində Rusiya Litva sərhədləri yaxınlığında döyüş başlıqlı mərmilərlə real bombardman həyata keçirib.

Litva müdafiə nazirinin bəyanatı Rusiya-Belarus hərbi təlimləri ilə bağlı rəsmi Moskvanın açıqladıqları lə ziddiyət təşkil edir və bu təlimlərin Baltik ölkələrinə hücum məşqi olduğu haqda narahatlıqları yenidən gündəmə gətirir.

Müdafiə naziri qeyd edib ki, Rusiya NATO və Baltik regionu üçün getdikcə daha ciddi təhlükəyə çevrilir. Onun sözlərinə görə, Rusiya təlimlərlə bağlı dezinformasiyalar buraxıb. Əslində isə təlimlər zamanı Baltik ölkələrinə hücumun simulyasiyası həyata keçirilib. Nazirin sözlərinə görə, “Qərb-2017” təlimləri Litva sərhədləri boyu real bombardman həyata keçirməklə bərabər taktiki və strateji həllərdən istifadəni özündə birləşdirirdi.

“Ruslar sərhədlərimizi bombaladılar...”

“Mən qeyd etmək istərdim ki, Rusiya əvvəlki səhvlərindən dərs çıxarır. Bu, artıq 2009 və ya 2014-cü illərdə gördüyümüz ordu deyil. Ordu Suriyada yol verilən səhvlərdən dərs çıxarır və açıq-aşkar güc yığır. Rusiya ordusunun reaksiya vermək üçün zamanı da azalır. 24-28 saat ərzində onlar real hücum əməliyyatlarına başlamağa hazırdırlar. Bundan əlavə Rusiya ordusu müasir döyüş sursatlarını tətbiq edib və yeni texnologiyaları sınaqdan keçirib”-Litva müdafiə naziri deyib.

“Ruslar sərhədlərimizi bombaladılar...”

Nazir qeyd edib ki, Litva silahlı qüvvələrinin komandanlığı, ordu kəşfiyyatı hərbi təlimləri izləyib və belə qənaətə gəlinib ki, Rusiyanın hərbi qüvvələri getdikcə güclənir, onlar getdikcə daha çox aqressiv olurlar. Nazirin bildirdiyinə görə, təlimlərə qatılan canlı qüvvənin sayı da rəsmən açıqlanandan dəfələrlə çox idi.

Rusiya və Belarus həmin təlimlərə 12.7 min hərbçinin qatıldığını açıqlamışdı. NATO mənbələri isə rəqəmin bundan dəfələrlə çox olacağını gözləyirdi.

Virtualaz.org
Tarix: 26-09-2017, 21:18
Xəbəri paylaş





Xəbər lenti