Ukraynanın sursat anbarını pilotsuz aparatla partlatdılar

Ukraynanın sursat anbarını pilotsuz aparatla partlatdılar Ukraynanın Vinnitsa şəhəri ətrafında ötən gecə silah-sursant anbarının partladılması hadisəsinin diversiya olduğu rəsmən təsdiqlənib. Virtualaz.org xəbər verir ki, prezident Pyotr Poroşenko sosial şəbəkələrdə bu haqda bildirib və xüsusi xidmət orqanlarının hadisədən əvvəl sursat anbarı üzərində uçan “qəribə obyekti” tutmağa çalışdıqları haqda məlumat verib. Prezidentin müşaviri Yuri Biryukov isə bildirib ki, sursat anbarı pilotsuz aparatla partladılıb.

“Hərbi hissənin postlarından birində növbə çəkən əsgər səmadan qəribə səs eşitdiyini məruzə etməyə imkan tapıb. Bir neçə saniyə sonra açıq meydançada partlayış baş verib. Hərbi hissənin perimetri etibarlı qorunurdu, ona görə də bəli, belə görünür partlayışı pilotsuz aparatla törədiblər. Və bu da doğrudur ki, Ukrayna Təhlükəsizlik Xidməti həmin pilotsuz aparatı tutmağa çalışıb, qeyri-rəsmi dediklərinə görə hətta bu ərəfədə kimisə tutublarmış”-prezidentin müşaviri bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti artıq rəsmən elan edib ki, sursat anbarında törədilmiş partlayış diversiyadır. Ukrayna Baş prokurorluğu da hadisə ilə bağlı “diversiya” maddəsi ilə cinayət işi qaldırıldığını açıqlayıb. Diversiyanı kimin təşkil etdiyi haqda hələ danışılmır, lakin Ukraynada şübhə etmirlər ki, bu, Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) əməlidir. Ukraynada son iki ildə bir-birinin ardınca silah-sursat anbarları partladılıb. Bu ilin mayından etibarən isə artıq üçüncü anbar partladılır.



Ukraynanın sursat anbarını pilotsuz aparatla partlatdılar

Ukrayna ordusunun silah-sursat anbalarında daha bir partlayış baş verib. Virtualaz.org xəbər verir ki, Vinnitsa vilayətinin Kalinovka şəhəri ətrafında yerləşən nəhəng sursat anbarında bu gecə baş vermiş yanğın və bunun nəticəsində müxtəlif tipli mərmilərin detonasiyası hələ davam edir.

Müdafiə Nazirliyinin bu hərbi hissəsində 188 min ton (10 min şərti vaqon) sursat, o cümlədən “Smerç”, “Uraqan” və “Qrad” raketləri saxlanılırdı.

Partlayış nəticəsində hadisə yerindən 50 kilometr radiusda hava məkanı bağlanıb, yaxınlıqda yaşayan 30 minə qədər insan evakuasiya edilib. 14 dəmiryol qatarının hərəkət marşrutu dəyişdirilib. Xəsarət alanlar var.

Baş nazir Vladimir Qroysman bildirib ki, hazırda yanğının səbəbləri ilə bağlı müxəlif versiyalar araşdırılır, lakin belə görünür ki, söhbət xarici amillərdən gedir. “Bunu səlahiyyətli orqanlar şərh edəcək. Hazırda ən başlıcası insanların təhlükəsizliyinin qeydinə qalmaq və hadisənin nəticələrini sürətlə aradan qaldırmaqdır”-baş nazir deyib. Qroysmanın sözlərinə görə, partlayışla bağlı bütün xidmətlər səfərbər olunub.

Ukraynanın sursat anbarını pilotsuz aparatla partlatdılar

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə özünün Facebok səhifəsindən bəyan edib ki, Kalinovka ətrafındakı sursat anbarı partladılıb və bu, Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Pyotr Poroşenkonun ad gününə “ikiüzlü hədiyyəsi”dir. “Putin bununla amerikalılara demək istəyir ki, Ukraynaya silah verməyə dəyməz, bu silahlar onun təhlükəsizliyini təmin etməyəcək. Məsələ bundadır ki, biz niyə ona Ukrayna üçün belə hədiyyələr hazırlamağa imkan veririk”-Saakaşvili bildirib.

Ukraynanın sursat anbarını pilotsuz aparatla partlatdılar

Ukrayna silahlı qüvvələrinin Baş qərargahı da sursat anbarında baş vermiş partlayışın diversiya ola biləcəyini bəyan edib. Baş qərargah rəsmisi Boqdan Senik bildirib ki, bu versiya araşdırılır. Onun sözlərinə görə, sursat anbarı qapalı obyektdir və kənar şəxsin ora “elə-belə daxil olması” mümkün deyil.

Ukraynanın sursat anbarını pilotsuz aparatla partlatdılar

Bu, Ukrayna ordusunun sursat anbarında son bir ildə törədilmiş üçüncü partlayışdır. May ayında Xarkov vilayətində Ukrayna ordusunun nəhəng sursat anbarı partladılıb və nəticədə silahlı qüvvələr sursat ehtiyatının az qala yarısından məhrum olub. Cəmi iki gün əvvəl Mariupol ətrafında sursat anbarı partlayıb. Və nəhayət Vinnitsa ətrafında törədilmiş bu partlayış Ukrayna ordusunun döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurmuş olacaq.

Ukraynanın sursat anbarını pilotsuz aparatla partlatdılar

Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan ordusunun Xızıda yerləşən nəhəng sursat anbarında da yanğın və partlayışlar olub. Nəticədə müxtəlif tipli on minlərlə mərmi partlayıb, yaxud partlamadan ətrafa səpələnib. Bu hadisənin səbəbləri hələ açıqlanmayıb.
Tarix: 27-09-2017, 15:42
Xəbəri paylaş





Xəbər lenti