ABŞ-ın gizli kürd sevgisi:qonşu dövlətlərin qaranlıq otağa qapadacağı müstəqillik - TƏHLİL

ABŞ-ın gizli kürd sevgisi:qonşu dövlətlərin qaranlıq otağa qapadacağı müstəqillik - TƏHLİL Hüseyn Əbdül-Hüseyn

“Anadolu News Agency” (Türkiyə)



Yəqin ki, İraq Kürdüstanı Regional Hökumətinin (İKRH) müstəqilliklə bağlı fikirlərinə münasibət bildirən ölkələr arasında ən qeyri-müəyyən yanaşma Birləşmiş Ştatlara məxsusdur. ABŞ İraqın ərazi bütövlüyünü dəstəkləyərkən, kürd müstəqilliyinə rəsmən qarşı çıxır. Amma qeyri-rəsmi olaraq İraqın bütövlüyü Vaşinqtonun baxışında başqa cürdür.

Vaşinqtonun nüfuzlu düşüncə quruluşlarından birində təşkil edilən bir iclasda iştirakçılardan biri, Ağ Ev rəsmisindən soruşdu ki, “İraq-Suriya sərhədinin İraq tərəfində ABŞ İran tərəfdarı olan milislərlə ittifaq halında olarkən, Suriya tərəfindəki İran tərəfdarı milislərlə qarşıdurma halındadadır. Bu ziddiyyəti necə izah edə bilərsiniz?”

ABŞ Yaxın Şərqdə bir çox ittifaqlara malikdir və demək olar ki, onların hamısı öz maraqlarının qorunması üçün rəqabətə girir



Davamlı ABŞ siyasəti



Vaşinqtonun İraq strategiyası 2003-cü ildə İraq müharibəsindən sonra dəyişib. ABŞ İraqı müttəfiq olaraq görmək istəyir və demokratiya söhbəti yalandır. Beləcə, qonşu ölkələr üçün də bir nümunə yaradılacaq və bu ölkələrin xalqları öz diktatorlarını devirmək üçün təhrik ediləcəkdi. Amma Amerikanın İraq üçün hazırladığı orijinal plan işləmədi. Gerçəklər çox fərqli idi.



Taktiki dəyişiklik



İraqdakı qanlı vətəndaş müharibəsi davam edərkən bir çox ABŞ rəsmisi İraqı bir araya gətirmənin qeyri-mümkün olduğuna və onu ayrı-ayrı şiə, sünni və kürdlərdən meydana gələcək üç dövlətə bölmənin yeganə həll olduğuna inanıb. İraqın bölünməsini hərarətlə müdafiə edənlərdən biri senator Co Bayden idi. Barak Obama prezidentliyi dövründə Baydeni İraq üzrə məsul şəxs etdi. Beləliklə, vitse-prezident milli təhlükəsizlik məsləhətçisi Entoni Blinken, ABŞ-ın İraq siyasətini idarə edən ən üst səviyyə rəsmilər oldu.

Baydenin İraqın bölünməsini dəstəkləməsinə baxmayaraq, Obamanın baxışı qalib gəldi: ABŞ-ın ənənəvi müttəfiqlərinin yerinə İranın qoyulması və İranla ittifaqın yenidən canlandırılması ən böyük prioritet oldu. Belə bir addım Vaşinqtonun 2010-a qədər İraqda təmin etdiyi sabitliyin qurban edilməsi və İraqın İrana təslim edilməsi mənasını gəlirdi...

Obamanın İraq siyasəti, Tehranla gözəl dolanmaq, dolayısı ilə kürdlərin Şimali İraqda müstəqilliyə doğru bütün səylərini basdırmaq mənasını verirdi.

İŞİD-in Mosulu ələ keçirib Kərkük və Bağdada doğru irəlilədiyi 2014-cü ildə ABŞ, Bağdad və nəhayət, İrandan gələn təzyiqlərə görə İraq kürdlərinin silahlandırılması planından imtina edib. Almaniya dəfələrlə İraq kürdlərinə silah göndərməyə çalışıb. Lakin Obama administrasiyası bütün bu səylərə mane olub.



Obama planı pozdu



Nəticədə Obama son olaraq "kürdlərin düşməni" oldu. Həm də İsrailin. Buna görə də, İsrail və iraqlı kürdlər Obama dövrünün sona çatmasının və Trampın seçilməsinin özləri üçün ideal bir zaman olacağına inanırdılar: iraqlı kürdlər müstəqilliklərini elan edə biləcək, İsrail isə Qərbi Şəriyədəki yəhudi məskənlərini genişləndirəcək və eyni zamanda da Körfəzdəki ərəb ölkələrilə sülh əldə edəcəkdi.

Tramp ABŞ-ın prezidentlik tarixində İsrailin ən yaxın dostudur. O, Qüdsdəki ağlama divarını ziyarət edən yeganə ABŞ rəhbəridir.



Trampın əsas maraqları



Trampın İsrailə olan maraqlarının Yaxın Şərq siyasəti ilə bağlı fikirləriylə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, bu maraq tamamilə İsraillə yaxınlaşmanın 2020-ci il seçkilərində özünə amerikalı yəhudilərin səslərini və maliyyə dəstəyini qazan biləcəyi düşüncəsindən qaynaqlanır.

Tramp ilə İsrail arasındakı yaxınlığa baxmayaraq, Vaşinqton yaxın şərqli digər müttəfiqlərinin maraqlarını da nəzərə almaq məcburiyyətindədir. ABŞ müttəfiqlərindən Türkiyə, İraq və Qətər kürd müstəqilliyinin əleyhinədir. Rusiya, İran və Suriya da kürd müstəqilliyinə qarşı çıxıb. ABŞ-ın dost və düşmənlərinin içində yalnız İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müstəqil İraq Kürdüstani fikrini dəstəkləyir. Səudiyyə Ərəbistanı isə bağlı qapılar ardında bu mövzuyla əlaqədar bir zərər görməzkən, “kürd müstəqilliyi”nə açıq müxaliflik göstərir.

Bütün ABŞ müttəfiqlərinin kürdlərin müstəqilliyinə qarşı çıxması və Trampın ən sevimli müttəfiqi olan İsrailin ona dəstək olması qarşısında ABŞ-ın kürdlərə qarşı tutumu, eynilə Trampın xarici siyasətinin ümumi halı kimi, əsassızdır.



Kürd müstəqilliyi ABŞ-ın institusional qaydalarına uyğun gəlmir



Tramp və İsrailin amerikalı dostları bir yana, ABŞ-ın qurulmuş nizamı da müstəqil bir İraq Kürdistanından fayda görmür. İraqlı kürdlər Vaşinqtona təməl olaraq üç çıxar təqdim etdi: gündəlik yarım milyard barrel neft nəqli, İŞİD-lə döyüşmək və ABŞ-ın İraqı sabitliyə qovuşdurmasına köməkçi olmaq.

İŞİD-lə müharibənin az qala sona yaxınlaşması iraqlı kürdlərin müstəqilliyinin İraq siyasətini sabitsizləşdirməsi və İraq Kürdüstanına sərhəd olan qonşu ölkələrin də sərhədlərini bağlayacağını elan etməsi “kürd dövləti”nin blokadaya düşməsi və neft ixrac etmək bir yana, bir şey edə bilməyəcəyi deməkdir. İraqın sabitsizləşdirilməsi, eyni zamanda, kürd neftinin ixracının dayanmasına səbəb olacaq, çünki bütün bu ixracat Türkiyə vasitəsilə edilir.

ABŞ normal olaraq müstəqil kürd dövlətinə qarşı deyil. Ancaq bu, ABŞ-ın digər maraqları hesabına kürd müstəqilliyini aktiv şəkildə dəstəkləməsi mənası vermir.

İraqlı kürdlər ABŞ-ın nəzərində strateji əhəmiyyətlərini şişirdirlər. Öz kollektiv yaddaşlarına söykənərək kürdlər həm ABŞ, həm də Sovet İttifaqı tərəfindən necə aldadılaraq pərişan qaldıqlarını daim xatırlayırlar.

“Dövlətçilik oyunu” çox mürəkkəb oyundur və əgər kürdlər müstəqillik yolunu tutacaqlarsa, hələ oynaya biləcəkləri daha çox karta ehtiyacları olduqlarından xəbərsiz görünürlər. Bu, ilk müstəqillik referendumlarını icra edərkən özlərində olmayan kartlardır. Ağ Ev iraqlı kürdlərə “sevgi göstərə” bilər, amma bu sevgi əsla dövlət qurmağa çatacaq güc malik deyil.




Tərcümə: Strateq.az
Tarix: 28-09-2017, 16:51
Xəbəri paylaş





Xəbər lenti