Kərkükün qərbində İŞİD-ə ikinci hücum başladı – Bərzani ilə Bağdadi terrorçuları arasında qalan soydaşlarımız

Kərkükün qərbində İŞİD-ə ikinci hücum başladı – Bərzani ilə Bağdadi terrorçuları arasında qalan soydaşlarımız Hurriyyet.org xəbər verir ki, Kərkükün qərbindəki Havice və ətrafındakı İŞİD terrorçularını hədəfə alan əməliyyatın ikinci addımı bu səhər həyata keçirilib. Dağılan terror təşkilatının üzvləri qruplar halında təslim olurlar – son olaraq 250 nəfər terrorçu bir gündə yaxalanıb.
İraq, Kərkük əyalətinin Havice rayonundakı İŞİD terrorçularını təmizləmək üçün başladığı əməliyyatda ikinci mərhələyə adlayıb.
Baş nazir Heydər əl-İbadi açıqlamasında deyib: “Kərkükün qərbindəki bütün bölgələri əhatə edən Haviceni xilas eləmək əməliyyatının ikinci mərhələsini səhərə yaxın başlatdıq”. Əməliyyat çərçivəsində ilk hücumlar sentyabrın 21-də başlamışdı.
Yerli mənbələr sayları 200-ü keçən terroçuların Abbasid və ətrafında təslim olduqlarını bildirirlər. Bir həftədən artıq müddət ərzində təslim olanların sayı 600-ü keçib.
Kərkük İraq Regional Kürd İdarəsinin sərhədləri içərisinə daxil olmadığı halda Məsud Bərzaninin keçirdiyi referenduma silah gücü ilə cəlb edilib və bu referendumun ən kritik şəhəri hesab edilir. Kərkükdə türkmənlər, ərəblər və kürdlər birlikdə yaşayırlar.
İyulun 9-da əlindəki ən böyük şəhər olan Mosulu 9 ay çəkən bir əməliyyatdan sonra itirən İŞİD avqust ayında da türkmənlərin şəhəri olan Telaferi əldən vermişdi.
Maraqlıdır ki, Yaxın Şərqdə böyük dağıntılara və əhali köçünə səbəb olan silahlı toqquşmalar ən çox türkmənlərin sıx yaşadıqları məntəqələrdə - Suriyada Hələbdə, İraqda Mosulda, Telafer şəhərlərində və ətraf kəndlərdə baş verib və bu yerlərin demoqrafik quruluşuna ciddi zərbə vurub. İŞİD-in boşaltdığı məntəqələrə isə ABŞ-ın minlərlə tır silah göndərdiyi PYD/PKK sahiblənir. Beləliklə, dinc əhaliyə divan tutub onları sadaladığımız şəhərlərdən didərgin salan İŞİD öz missiyasını yerinə yetirərək, əraziləri Qərbin yeni yaradılmış for-postuna təslim edərək yoxa çıxmaqdadır.
İndi də Kərkük şəhəri bir yandan peşmərgə gücünə referenduma cəlb olunur, digər tərəfdən də qərbdə İŞİD ilə mübarizə aparmaq məcburiyyətindədir.
Tarix: 29-09-2017, 14:51
Xəbəri paylaş





Xəbər lenti