İraqda türk hərbçilərlə terrorçular arasında atışma: ölən və yaralananlar var

İraqda türk hərbçilərlə terrorçular arasında atışma: ölən və yaralananlar var İraqın şimalında Türkiyə hərbçiləri ilə terrorçular arasında atışma olub.

Trend-in məlumatına görə, qarşıdurma Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun qarşı tərəfində - İraqın Kanimasi bölgəsində qeydə alınıb.

Atışma nəticəsində bir türk hərbçi həlak olub, 4-ü yaralanıb. 3 terrorçu öldürülüb.

Bundan başqa, Ağrı vilayətinin Doğubəyazid rayonunda da terrorçularla atışmada təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb, ikisi yaralanıb. 4 terrorçu zərərsizləşdirilib.
Tarix: 29-09-2017, 15:11
Xəbəri paylaş





Xəbər lenti