Ermənilər hərbi xidmətdən qaçmaq üçün... özlərini vurur - QARABAĞDA

Ermənilər hərbi xidmətdən qaçmaq üçün... özlərini vurur - QARABAĞDA Ermənistan silahlı qüvvələrində mövcud olan dözülməz şərait ucbatından hərbi xidmətdən yayınmağa çalışanların sayı artmaqdadır. Virtualaz.org hərbi qaynaqlara istinadən xəbər verir ki, son bir ay ərzində Qarabağda, işğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində hərbi hissəni tərk etmək, xidmət yerinə qayıtmamaq, hərbi xidmətdən yayınmaq məqsədilə özünə qəsd etmək halları xeyli çoxalıb.

Belə ki, avqust ayında təkcə bir hərbi hissədə ondan artıq fərarilik və xidmətdən yayınma hadisəsi qeydə alınıb. Fiziki və mənəvi işgəncələrə məruz qalan Rafael Hakopyan xidmətdən boyun qaçırmaq məqsədilə özünə qəsd edib. Vəzifəyə yeni təyin edilmiş zabit, tağım komandiri Hayk Martirosyan məzuniyyəti bitdikdən sonra hərbi hissəyə qayıtmadığına görə, “xidmət yerini özbaşına tərketmə” maddəsi ilə barəsində cinayət işi açılıb.

Hərbi qulluqçu Tsağir Avakyan üzləşdiyi özbaşınalıq səbəbindən xidmət yerini tərk edib və hazırda onun geri qaytarılması üçün tədbirlər görülür. Zabitlərin söyüş və təhqirlərinə məruz qalaraq xidmət yerini tərk edən Q.Priposyan barəsində də cinayət işi açılıb, barəsində axtarış elan edilib.

Digər hadisə isə Madagizdəki hərbi hissədə baş verib. Kəşfiyyat bölüyünün əsgəri Sergey Mardanyan və əlahiddə tağımın əsgəri İvan Vanesyan da hərbi hissəni özbaşına tərk edərək qaçıblar. Harut Melikyan və Vazgen adlı çavuş zabitlə sövdəşlərək hərbi hissəni tərk edərək Ermənistana qaçmaq istəyiblər. Vazgen Xankəndi nəzarət-buraxılış məntəqəsində hərbi polis tərəfindən saxlanılaraq haupvaxta aparılıb. Gənc əsgər Razmik Qalustyan nizamnamədən kənar münasibətlər zəminində məruz qaldığı təzyiqlərə tab gətirməyərək xidmət yerindən qaçıb.

Başqa bir məlumatda isə bildirilir ki, hərbi hissədəki qanunsuzluqlardan bezən kapitan Aleksandr Xaçatryan da hərbi hissəni icazəsiz tərk edib. Barəsində axtarış elan edilsə də hələ ki, zabiti tapmaq mümkün olmayıb. Maraq doğuran faktlardan biri də odur ki, sosial şəbəkələrdə paylaşmalar edən erməni hərbi qulluqçuların valideynləri övladlarının xidmətin çətinliklərinə, aclığa və səfalətə dözmək məcburiyyətində olduqlarını çəkinmədən dilə gətirirlər.

Sosial şəbəkə istifadəçiləri Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində vəzifəli şəxslərin özbaşınalıqları, nizamnamədən kənar münasibətlər, fiziki təhqirlər, yerlibazlıq nəticəsində mövcud olan psixoloji gərginliyin dözülməz olduğunu da xüsusi qeyd edirlər.

Ermənistanlı valideynlər hərbi kollektivlərdə mövcud olan bu vəziyyətdən ciddi narahat olduqlarını və hər vasitə ilə övladlarını xidmətdən kənarlaşdırmağa çalışdıqlarını artıq gizlətmirlər.

Cebhe.info
Tarix: 29-09-2017, 15:14
Xəbəri paylaş





Xəbər lenti