ABŞ KXDR-n ballistik raketini Rusiya səmasında vura bilər

ABŞ KXDR-n ballistik raketini Rusiya səmasında vura bilər AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) ballistik raketini Rusiya üzərində vura bilər. Ən azı, ABŞ ekspertləri məhz belə senariyə ciddi baxırlar.
Əgər Pxenyan «gedərgəlməz nöqtə»yə gəlib çatsa və nüvə silahı tətbiq etsə, Birləşmiş Ştatlar Şimali Koreyanın ballistik raketini Rusiya ərazisində vurmalı olacaq («Defense One»). Bu təklifin müəllifi Lori Robinson – Şimali Amerikanın hava-kosmik müdafiəsinin komandanı ilk qadın-generaldır.
Mildceri Beynəlxalq araşdırmalar institutunun (Moneteryeye) eksperti Coşua Pollak bəyan edib ki, «aşkarlanmanın həyata keçirilməsi» və ABŞ-ın qərb sahillərinin təhlükəsizliyinin təmin olunması üçün raket esmineslər tərəfindən Rusiyanın Uzaq Şərq rayonunda vurula bilər.
KXDR-nın ballistik raketinin «aşkarlanma» senarilərinin müxtəlif variantları amerikalı ekspertlər tərəfindən «Xvason-14» raketinin xarakteristikasının öyrənilməsindən sonra fəal şəkildə işlənməyə başlanıb. Ekspertlər bu nəticəyə gəliblər ki, KXDR-n əlində artıq qitələrarası uçuş məsafəsinə malik olan ballistik raket var.

Siam.az
Tarix: 30-09-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti