İnternet “partizanı” Assanc: “Tarixin ilk internet müharibəsi artıq başlayıb”

İnternet “partizanı” Assanc: “Tarixin ilk internet müharibəsi artıq başlayıb” “Vikileks”in müəllifi separatizmi dəstəkləyən çağırışlar edib
Hurriyyet.org xəbər verir ki, “Vikileks”in təməlçisi Culian Assanc, 1989-cu ildə Berlin divarının uçurulmasından bəri, indi, referendum məsələsinə görə, Katoloniyada Qərbdə xalqla hakimiyyət arasında ən böyük konflikt yarandığını bildirib. Assancın fikrincə, Katoliniyadakı referendum dünya təcrübəsində ilk internet müharibəsi olmaqdadır. Çünki İspaniyanın bu regionu ümumdünya şəbəkəsindən referendumun təşkili üçün istifadə edir, ölkənin xüsusi xidmət orqanları isə buna qarşı dururlar və bütün internet kommunikasiyaları dondurmağa çalışırlar. Assanc bu barədə öz “Tvitter” səhifəsində yazıb: “Katolaniyada dünyada ilk internet müharibəsi başlanıb. Çünki həm vətəndaşlar, həm də hökumət internetdən bazar günü keçiriləcək müstəqillik referendumunun təşkilində istifadə eləməyə çalışırlar, ispan xüsusi xidmət orqanları isə - əks-hücuma keçirlər – rabitə operatorlarının binalarını tutaraq, telekommunikasiyanı dondurur, yüzlərlə sayta senzura, protokol (məlumatların ötürülməsi) tətbiq edirlər”.

“Kataloniyada baş verənlər Berlin divarı uçulandan bəri Qərbdə insanlarla dövlət arasında baş verən ən böyük konfliktdir. Lakin onun metodları 2017-ci ilə uyğun gəlir”.
“Vikileks”in müəllifi bildirib ki, İspaniyanın hərbi polisi Barselanada telekommunikasiya binasını tutub və Kataloniya hökumətinin referendumu təşkil eləmək üçün istifadə elədiyi 29 proqram əlavəsini əngəlləmək əmrini verib. Assanc öz tərəfdarlarını və bütün dünyadan olan texnoloqları ispan polisinə və İspaniya dövlətinin senzurasına qarşı fəaliyyətə çağırıb.
Qeyd edək ki, referendum sabah, yəni oktyabrın 1-də keçiriləcək. Kataloniya parlamenti İspaniyadan ayrılmağı nəzərdə tutan səsvermənin keçirilməsi qərarını sentyabrın əvvəlində vermişdi. İspaniya hökuməti isə əyaləti niyyətini qanunsuz hesab edib və referendumu dəstəkləyəcək şəhər merlərinin təqib ediləcəyini bildirib. Sentyabrın 20-də Kataloniyada İspaniyadan ayrılmaq tərəfdarı olan 12 nəfər həbs edilmişdi.
Tarix: 30-09-2017, 17:25
Xəbəri paylaş





Xəbər lenti