Kürdlərin ağır günləri başladı - Uçuşlar dayandırıldı

Kürdlərin ağır günləri başladı - Uçuşlar dayandırıldı Şimali İraq Regional Muxtariyyəti dünyaya qarşı çıxaraq referendum keçirməsinə baxmayaraq, hazırda ağır günlər yaşamağa başlayb.

Teleqraf.com xəbər verir ki, dünən saat 18:00-dan başlayaraq Ərbil və Süleymaniyyə hava limanlarında uçuşlar dayandırılıb. Buna səbəb İraq hökumətinin bu istiqamətdə tətbiq etdiyi sanksiya olub.

Muxtariyyətin lideri Məsud Bərzani BMT-yə müraciət edərək kömək istəyib.

Türk mediası xəbər verir ki, artıq Ərbil hava limanı boşdur, muxtariyyət rəhbərləyi İraqın bu sanksiyası qarşısında küncə sıxılıb.

Hazırda Məsud Bərzani Bağdadın bu addımına qarşı BMT-yə müraciət edərək təyyarə uçuşlarına qoyulan qadağanı ləğv etmək istəyir.

Cavad
Tarix: 1-10-2017, 23:13
Xəbəri paylaş





Xəbər lenti