Qalmaqallı liderin qardaşının qatili kimdir?

Qalmaqallı liderin qardaşının qatili kimdir? Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın ölümündə şübhəli bilinən iki qadın məhkəmədə özlərini təqsirkar hesab etməyiblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, günahları sübuta yetirildikdə onları ölüm hökmü gözləyir.
Makaoda yaşayan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında öldürülüb. İstintaqın məlumatına görə, üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam güclü iflic səbəbindən ölüb. Onun qətlində istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib. Kim Çen Nam xəstəxanaya aparılarkən yolda keçinib. ABŞ və Cənubi Koreya hökumətləri Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyinə əmindirlər.
Qeyd edək ki, Malayziyada Kim Çen Namın qətlində şübhəli bilinən Vyetnam və İndoneziya vətəndaşları olan iki qadının məhkəməsi başlayıb.
Tarix: 2-10-2017, 10:01
Xəbəri paylaş





Xəbər lenti