Orta Şərqdə xəritə dəyişir — İŞİD-in sonu çatıb
İŞİD terror qruplaşması İraqdakı son qalası Havice rayonunu dünən itirdi.
"Ölkə.Az" xəbər verir ki, terrorçular İraq-Suriya sərhədindəki Fərat çayının hövzəsinə çəkilib. Artıq İŞİD-in əlində heç bir böyük şəhər və rayon qalmayıb. Bu gündən etibarən isə terrorçuların açıq ərazi və səhrada qaçmaqdan başqa şansları yoxdur. Ətrafları tamamilə mühasirəyə alınıb.
3 ildir Orta Şərqdə terror əsdirən qruplaşmanın sonu çatıb. 1 ildir davam edən beynəlxalq koalisiyanın hərbi əməliyyatları nəticəsində İŞİD dünya xəritəsindən silinmək üzrədir.
Tarix: 6-10-2017, 17:06