TÜRK ORDUSU İDLİBƏ GİRDİ – Şeyx Bərəkət dağında yerləşdi

TÜRK ORDUSU İDLİBƏ GİRDİ – Şeyx Bərəkət dağında yerləşdi İdlibdə əməliyyatlara başlamağa hazır olduğunu bildirən türk ordusu artıq kəşfiyyat qruplarını bu şəhərə göndərib.Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Kəşfiyyat qrupunun Şeyx Bərəkət dağında yerləşdiyi bildirilib. Sözügedən dağdan isə həm Hələb, həm də Afrini rahatlıqla müşahidə etmək olur.

Yerli mənbələrdə türk ordusuna aid PUA-ların bölgədə uçuşlar həyata keçirdiyi yazılıb.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ordunun Suriyanın İdlib şəhərindəki əməliyyatlara qatılmağa hazır olduğunu bildirmişdi.
Tarix: 9-10-2017, 12:55
Xəbəri paylaş





Xəbər lenti