TÜRKİYƏNİN YENİ XARİCİ SİYASƏT RESEPTİ:ÇƏKİNDİRİLİCİK - TƏHLİL

TÜRKİYƏNİN YENİ XARİCİ SİYASƏT RESEPTİ:ÇƏKİNDİRİLİCİK - TƏHLİL
Nurşin Ateşoğlu Güney, professor

“Anadolu” Agentliyi, Türkiyə



Mövzusu xarici siyasət olan dərslərimizə, konfranslarımıza, yazılarımıza başlayarkən, xarici siyasətin dəyərləndirilməsindəki çətinliyin altını mütləq cızarıq. Bu ifadələrimiz, yazar-müəllim sifətilə sözlü-yazılı mətnlərdə hakimiyyətin səsi, analizlərimizi gələcəyin və reallıqda olacaqların sınağına qarşı qoruma mexanizmi, bir növ, “mütəxəssis klişesi” olaraq ələ alınır və üzərində çox düşünülməz.


Xarici siyasətin formalaşdırılmasını demokratikləşdirən erkən XX əsr sağ olsun, xarici siyasət, nəticədə, küçədəki adamın da haqqında iki söz deyə biləcəyi, bir də bütün hekayəni bilməsə də, bildiyi hissəsini anlaya biləcəyi bir sahədir. Bu səbəblə, xüsusilə ilin sonuna və əvvəlinə uyğun gələn günlərdə mütəxəssislərdən tələb edilən xarici siyasəti dəyərləndirmə yazılarında gözlənilən şey həmin mütəxəssisin bir cərrah dəqiqliyilə bıçağını xarici siyasətdə problemli saydığı sahəyə toxundurması, bir sıra resept, yəni, xarici siyasət davranışı təklifi verməsi, qısası, uğurlu xarici siyasətin necə olmasının lazım olduğunu anlatmasıdır.

Bu resept-yazılar xoş görünsə də, xarici siyasətin uğurlu-uğursuz dəyərləndirməsindən çox uzaq olduğunu düşünənlərdənəm. Xarici siyasətin formalaşdırılması mürəkkəb bir prosesi əhatə edir, qlobal və regional struktur dəyişikliklərindən və transformasiyalarından təsirlənir. Bu səbəblə, “reseptsevər” bir cərrah kəskinliyilə bərabər, ehtiyacımız olan şey bəzən aktyordaxili/millətdaxili siyasi mübarizə mərkəzli yaxındangörmə gözlüklərimizi çıxarıb, yuxarıda və uzaqlarda nələr olduğunu göstərə biləcək baxış bucaqlarına yönəlməkdir; yəni, qlobal və regional güc balansının hansı xarici siyasət kursunu daha mümkün və faydalı hala gətirdiyini anlamağa çalışmaqdır.

Elə bir dövrdən keçirik ki, Türkiyənin çoxyönlü, əlaqələrini şaxələndirmə qayəsi içində, ittifaq münasibətlərində yaşanan sürətli transformasiyalara – bir irəli, iki geri “irəliləmə”lərə alışıq olan bir xarici siyasət anlayışına yönəlməsi də qlobal və regional səviyyədə ortaya çıxan geopolitik və geoekonomik zərurətin əksolunması halına gəlir.

Bəlkə də bu dövrkü çoxyönlü aktiv balans siyasətinin 1980-1990-cı illərin xarici siyasət arayışından da, 2000-ci illərin əvvəlindəki xarici siyasət arayışından da fərqliləşdiyi yer, bu günün xarici siyasətinin ümumiyyətlə qlobal, xüsusilə isə Orta Şərqdəki yeni mübarizələri müşahidə edib, bu mübarizənin özünə uyğun bir davamlılıq siyasəti olmasıdır.

Soyuq Müharibə bitərkən də, keçən əsr bitərkən də Türkiyə xarici siyasəti zamanın ruhuna uyğun olaraq, Ankaranın əlində hansı imkan və qabiliyyətlərin olub-olmadığına bağlanırdı. Davamlı olaraq eşitdiyimiz suallar, Türkiyənin yeni inkişaf etdirdiyi iqtisadi, maliyyə və hərbi imkan və qabiliyyətlərə, “yumşaq güc” ünsürlərinə verilən önəmin yenidən kəşf edilməsinə qoyulan investisiyasının onun aktiv siyasət izləməsinə yetib-yetməyəcəyidir. O gündən bu günədək Türkiyə xarici siyasətini anlamaq üçün “orta böyüklükdə güc”, “regional güc”, “yüksələn güc” kimi, sadəcə“böyük güclərin” yer almadığı, Soyuq Müharibə sonrası nizamın mürəkkəb təbiətinə uyğun olan anlayışlardan da istifadə etdik. Bu gün isə əlində müxtəlif imkan və qabiliyyətləri toplamış, müxtəlif imkan və qabiliyyətləri də inkişaf etdirmə qərarını çoxdan vermiş olan və bu qərarlılıqla görüşmə və bazarlıq masalarına oturan Ankara, geopolitik və geoekonomik zərurətlərin sadəcə əlindəki imkan və qabiliyyətlərlə əlaqədar olmadığının fərqindədir.



“Bölünmüş Orta Şərq”in geopolitikası



Geopolitika, 2010-cu illərdə Soyuq Müharibə sonrasında illərlə istifadə edildiyi qeyri-müəyyən formasından sıyrılaraq, yenidən, lakin yenilənmiş “böyük güc” mübarizəsini anlatmaq üçün istifadə edilməyə başlandı. Əslində, bu yenilənmiş ““böyük güc” mübarizəsi geopolitikası” üçüncü tərəflərin (yəni, regional güclərin, yüksələn güclərin, qurşaq və körpü güclərin və s.) oyundakı yerlərinin önəminin inkar edilmədiyi bir mübarizəni də ifadə edir. Bu səbəblə, bu yeni mübarizə dövründə Ankaranın əlində şaxələndirilimiş əlaqələr, imkan və qabiliyyətlər toplama istəyi və onların inkişaf etdirilməsinin həm vasitəsi, həm də məqsədi olaraq ortaya çıxan aktiv balans siyasəti, ABŞ və RF-nin Türkiyəni çevrələyən üç regionda (Balkan, Qafqaz və Orta Şərq – tərc.) bir-birinə sahə verməmək üçün davam etdirdikləri mübarizə ilə örtüşür.

Əlbəttə, bu, çətin bir örtüşmədir, amma Orta Şərqdəki mübarizə Türkiyə üçün davamlılıq – gələcək problemi yaratdıqca, daha da çətin hala gəlir. Təbii, bu nöqtədə təsəllimizi də həmən ifadə etməliyik; Türkiyənin xarici siyasətini formalaşdıranlar davamlılıq – gələcək problemi yaşadıqları bu coğrafiyada, özündə müdafiə qabiliyyətləri inkişaf etdirmə siyasətilə qlobal və regional güc mübarizələrində balans siyasəti güdməyi bir arada bacarma məsələsində məharət və təcrübə qazandılar. Bu, Orta Şərqin həm passiv, həm də aktiv olaraq bölünmüş strukturunu qəbul etmək deyil, amma, təəssüf ki, qəbul etmək anlamına da gəlir.

Artıq küçədəki uşaqlar belə Orta Şərqin qlobal güc balansına təsir edəcək (neft, təbii qaz və pul qaynağı) bir region olaraq, başqa birinin əlində gücartırıcı halına keçməsin deyə, bölünərək, parçalı bir halda buraxıldığını bilir. Çünki qəzetlərdə, TV-lərdə, xəbər proqramlarında yeni “parçala – hökm sür” siyasəti olaraq adlandırılan strategiyaların yer aldığı, hökumət tərəfindən maliyyələşdirilən hesabatlar öz adı ilə xatırladılır. Bu yeni “böl”mə, uzaqdan yönləndirmə, “parçala”ma, silah vermə və ya satma, asılı hala salma, bol xarici bazalı, bol silahlı, eyni zamanda silahların istifadə ediləcəyi bol savaşlı olan bir region yaratma prosesi gedişində, hətta sadəcə ötən iki il içərisində belə, Orta Şərq həddindən artıq çox şeyə:

– bir sıra daxili müharibələrin davamına (İraq, Suriya, Liviya, Yəmən);

– bir sıra ““terrorla” mübarizə müdaxiləsi”nin davamına (əl-Qaidə, İŞİD və s. ilə müharibə);

– bir sıra “terrorizm”i polisləşdirmə – islah etmə əməliyyatına (əl-Qaidənin əhilləşdirilməsi, PYD-nin SDG-ləşdirilməsi, Münbiçdə İŞİD döyüşçülərinə dəhliz, pasport və s. verilməsi);

– müəyyən dərəcədə federal anlayışın, müəyyən dərəcədə də mərkəzi hökumətlərin dəstəklənməsinə (İraq və Suriya);

– işi bitir(d)ilən liderlərin bu “vur-qaç” arasında vəzifəsinə son verilməsinə;

– İrana öncə bir qədər dəstək, sonra bir qədər köstək (əngəl) siyasətinə;

– Səudiyyə Ərəbistanına öncə bir qədər köstək, sonra bir qədər dəstək siyasətinə;

– “dəstək – köstək” keçişlərində bir sıra “radikallaşma – mötədilləşmə” açıqlamasına;

– güclülərin gücsüzləşməsinə (İraq, Suriya, amma ən önəmlisi Misir);

– gücsüzlərin özünü güclü hiss etməsinə (İŞİD, YPG və s.);

– qanın sel kimi axmasına, insanların kütləvi sürgün edilməsinə, vətənlərindən kənarda – quruda və ya dənizdə doğumlara və ölümlərə, daha çox da ölümlərə;

– Qətərin öncə gücsüz, sonra güclü olaraq görünəcəyi bir böhranda öz zirvəsinə çatan Körfəzdəki parçalanmanın “Körfəz qardaşlığı”na çətin təmir ediləcək ağır bir yara vurmasına;

– “xarici müdaxilə – daxili müharibə” xətlərində dəstəklənib, köstəklənənlər arasında yorucu, heç kimin digərinə üstün gələ bilmədiyi bir regional mübarizənin başlamasına;

– regional mübarizə axan qanı sel halına gətirincə, sahədə qalmağa həvəsli olan aktyorların əlinə daha çox silah verilməsinə, qısası, vəkalət müharibəsi yolu ilə mələzləşən toqquşmalara;

– bu və ya başqa səbəbdən əlləri qana bulaşan vəkillərin dövlətəbənzər bir müttəfiq, federallaşdırılmış (faktiki olaraq) dövlət daxilində polisəbənzər bir struktur olaraq elan edilməkdən narahat olmasına, qorxmasına, davamlı təminat istəməsinə;

– bu təminatın bəzən silah, bəzən bir Amerika hərbçisinin yallıya qoşulması, bəzən də sadəcə söz olaraq verilməsinə və çox nadir zamanlarda da vəkillərin susqunluq ilə qarşılaşmasına;

– bütün bunlar baş verərkən Moskvanın qapını belə döymədən, rejim üzərindən Şərqi Aralıq dənizinə girişinə, balansı dəyişdirməsinə, regionda İran və Türkiyə ilə bu dəyişən balansda, “dost” olmanın əlini nə qədər rahatlada biləcəyini fərq etməsinə, Astana və Soçi zirvələrinə;

– rəqiblərindən (İraq, Suriya, Misir) qurtulmuş, İranı Trampa həvalə etmiş İsrailin rahatlamasına, lakin istədiyi qədər də rahatlana bilməməsinə, çünki parçalanmış Orta Şərqin sadəcə ABŞ və Rusiya üçün deyil, Avropalılar üçün də cəlbedici olmasına, İngiltərə və Fransanın ərəb dövlətlərinə göz vurmasına;

– “parçala – hökm sür” şəraiti içində olan ABŞ-ın sonrakı öz addımı haqqında heç cür qərar verə bilməməsinə (daha çox müdaxiləmi, vəkillrə daha çox silahmı, köhnə müttəfiqləri yenidən qazanmaqmı?), bu üzdən Pentaqon, Ağ ev və Dövlət Departamentinin bir hava çalıb, başqa bir hava oynamasına;


– Trampın Orta Şərqdəki ölkələrin adlarını davamlı olaraq qarışdırmasına, Pentaqonun eyni anda həm Riyada və Dubaya, həm də Dohaya silah satmasına, ağ yeni il oyuncaqları ilə bəzədilmiş bir otaqda Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına;

– Həririnin istefası və istefasını ertələməsi silsiləsində Parisin qapılarını Orta Şərq siyasətinə açan Makronun durumdan vəzifə çıxarıb, öz məmnuniyyətsizliyini bildirməsinə, Merkelin “mən də məmnun deyiləm” deməsinə, Moqerininin və Papanın da siyahıya əlavə edilməsinə;

– HAMAS-ın yeni intifada çağırışına, Orta Şərqin əhalisinin yarısı sürgün edilmiş, ac və ölməkdə olduğu üçün barmağını belə tərpədə bilməməsinə, beş ulduzlu otelləri sürgün edilən xanədan mənsubları üçün həbsxana halına gətirilən bir başqa Orta Şərqdə isə, yazılı və görsəl mediadakı senzura səbəbilə, xalqın Qüdsdə nə baş verdiyini anlaya bilməməsinə, bu şəraitdə Hizbullahın Fələstin məsələsi üzərindən yenidən görünən hala gəlməsinə, Mahmud Abbasın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbul zirvəsində çıxış etməsinə və ABŞ ilə əldə edilən razılaşmanı pozduğunu elan etməsinə şahid oldu.

Bu siyahı daha da uzadıla bilər, “axan qanın” ciddiyyəti, sabitsizlik təhlükəsinin reallığı xaricində, ironik yeni maddələrlə (məsələn, rejim lideri Əsədin Suriyada öz torpaqlarında rus hərbçiləri tərəfindən durdurulması əlavə edilərək, ya da Tramp və Sisinin “kürə”yə əl basdıqdan sonra çox yaxşı keçinə bilmədikləri və yaxşıca gücdən düşən Misirin Putin üçün qollarını açdığı söylənilərək) zənginləşdirilə bilər, ya da daha ciddi ifadələrlə “1991 və 2003-cü illərdəki İraq müdaxilələri və “Ərəb baharı”nın əks-inqilablarla durdurulmasının geopolitik nəticələri” başlıqlı bir hesabatın nəticə bölümü halına gətirilə bilər. Hər halda nəticə dəyişməyəcək. Bu dövlətlərin zorla silahsızlandırılmış, ya da istifadə edilmək üçün silahlandırılmış vəkillər üzərindən bölündüyü, qonşular arasında rahatsızlığın və rəqabətin son həddə çatdırıldığı bir coğrafiyada Ankara, öz xarici və təhlükəsizlik siyasətini iki xəttə – aktiv müdafiə və aktiv balanslaşdırma xəttinə oturtmağa qərar verdi. 2017-ci il də bu iki xəttə qoyulan dayanıqlı, cəsur investisiyaların meyvələrinin toplanmağa başlandığı il olaraq yaddaşımıza qazınacaq.



“Aktiv müdafiə – aktiv balanslaşdırma”, əslində, çəkindiricilikdirmi?



Bu qərar alınarkən, Ankaranın iki önəmli təsbitinin olduğunu söyləməliyik. Bu təsbitlər, 2017-ci ilin son günlərinə gəldiyimiz halda, ciddi bir formada hələ də keçərlidir. İlk təsbit, regionun sabitsizliyi, bölünmüşlüyü və daima radikallaşma riski daşıması reallığı altında olmasıdır. Bu təsbit “Ərəb baharı”nın yol aça biləcəyi bir transformasiyaya izn verilməmiş bu coğrafiyada sərhəd təhlükəsizliyinin və ərazi bütövlüyünün önəminin altının cızılması əsasına dayanırdı və Ankara, Türkiyənin cənubundan gələ biləcək təhlükə və strateji və ya strateji səviyyə altında olan təhdidlərə qarşı həmən cənubunda, sərhədlərindən o tərəfdə terror riskindən təmizlənmiş “Ankara dostu” olan bir sahənin yaradılmasının nə qədər mühüm olduğunu görmüşdü.

Türkiyə rejim, İŞİD və PYD-PKK-YPG hücumlarına bu xətdən məruz qalmış və bu xəttin terrordan təmizlənməsini 2015-ci il sonrası Orta Şərq və Şərqi Aralıq dənizi siyasətinin, haqlı olaraq, mərkəzinə oturtmuşdur. Bu səbəblə, aktiv müdafiə- bütün hərbi, iqtisadi imkan və qabiliyyətlərin məlum sahənin terror riski və təhdidindən təmizlənməsi üçün əldə edlməsini və lazım olduğu təqdirdə istifadə edilməsini ifadə edir.

Bundan öncəki yazılarımızda bu anlayışı “müdafiə üçün hücuma hazır olmaq” kimi ifadə etmişdik. Ancaq bu açıqlama “aktiv müdafiə”nin çoxtərəfli təbiətini ifadə etmək üçün tam olaraq yetərli deyil, çünki aktiv müdafiə sadəcə bütün bu imkan və qabiliyyətin görünən və istifadə olunan hala gətirilməsindən ibarət olmayan, xüsusi bir çəkindiricilik formasına da işarə edir. İngiliscəsi “deterrence of denial” (“çəkindirmə cəzası”) olan bu çəkindiricilik forması, aktyorun çəkindirmək istədiyi ehtimalın bütün olma ehtimallarını ortadan qaldırma gücü əldə etməsini anlatmaq üçün istifadə edilir.

Burada Ankara “aktiv müdafiə” anlayışını cənubunda və şərqində bir terror dəhlizinə icazə verməyəcək bütün addımların atılması çərçivəsində, bu dəhlizə mahal verə biləcək bütün konyuktural (duruma bağlı – tərc.) ehtimalların önünü kəsmək üzrə, çoxtərəfli və aktiv balanslaşdırma strategiyası ilə birləşdirərək, istifadə edir. Ankaranın sahədəki aktyorları maraqlı bir formada – hər birini bir başqası ilə balanslaşdırdığı bu strategiyanın bu gün ABŞ-PYD oxunu tarazlaşdıracaq formada Astana-Soçi xəttində işləməsi, Ankaranın regionda hər kəslə dost deyil, amma əlaqədə ola bilməsilə əlaqədardır. Bu əlaqə kanalları 2015-2017-ci illər arasında İsrail və Rusiya ilə normallaşmaya, Bərzani referendumu öncəsi və sonrası İran ilə, Bərzani referendumu sonrası isə İraq mərkəzi hökumətilə yaxınlaşmaya, hətta Kərkükdə bir boru xəttinin açılması məsələsində anlaşmaya, İƏT çərçivəsində də olsa, Körfəzə səslənə bilməsinə, Misir ilə altdan-alta davam edən və Sina hücumlarından sonra artan dialoqa şərait yaratmışdır.

Bütün bu yenidən qurulan dialoq kanallarının bir ox formalaşdırmaq üçün ortaya çıxarılmadığı aydındır, çünki “parçalanmış Orta Şərq”də ortaya çıxan əməkdaşlıq istiqamətləri, 2015-ci il sonrası prosesdə, Rusiya və ABŞ-ın regional və qlobal səviyyədəki münasibətlərində yaşanan eniş-qalxışlara görə ya kəskinləşir, ya da bulanıqlaşır. Bu səbəblə, bu gün masada PYD-nin kənarlaşdırılması mənasına gələcək bəzi hadisələrin önünü açacaq Astana-Soçi əməkdaşlığı Ankara tərəfindən PYD təhdidinin balanslaşdırılması və Suriyada Türkiyənin təhlükəsizliyini gözardı edəcək bir siyası gələcək cızılmaması üçün əldə tutularkən, Türkiyə bütün digər istiqamətləri (misal üçün, Vaşinqton- Riyad- Dubay- Qahirə, Moskva- Qahirə, ABŞ- Iraq mərkəzi hökuməti- Şimali Iraq, Fransa- BƏƏ, İngiltərə-İordaniya, Fransa- Livan, İngiltərə- Riyad- Dubay, İngiltərə- Qətər, Fransa- Qətər, ABŞ- Qətər, Moskva- Dəməşq, Moskva- Tehran- Dəməşq, Tehran- Bağdad, Şimali Iraq- İsrail, Misir- İsrail, İran- Suriya- Livan- Hizbullah və s.) və bu istiqamətlərdə reallaşan fərqliləşmələri (məsələn, Moskva- Misir- Cənubi Kipr xəttinin güclənməsi, Tehran- Bağdad xəttinin zəifləməsi, Vaşinqton- Bağdad- Ərbil xəttinin güclənməsi, Bağdad- Ankara, Moskva- Ankara, Tehran- Ankara xəttinin güclənməsi) də diqqətlə izləyir.

Bütün bu xətlərin sadəcə geopolitik deyil, geoekonomik layihələrə (satılacaq LNG-nin (maye təbii qaz) keçişinə, inşası mümkün “off-shore”, “on-shore” təbii qaz və neft boru xətlərinə, təbii ki, pul-maliyyə transferi – bank xətlərinə ) də rast gəlməsi təsadüfi deyil. Bu səbəblə, Türkiyə aktiv balanslaşdırmanı və bu tarazlaşdırma ilə sağlamlaşdıracağı çəkindiriciliyi, bir növü, çoxyönlü və müxtəlif “mükafatlı” diplomatiya vasitəsinə çevirməyə məcburdur. Buna görə, İŞİD sonrası Orta Şərq xəritəsi çəkilərkən və Rusiya müxtəlif yollarla Orta Şərqə yerləşərkən, bir-birinə rəqib olan bir çox enerji layihəsinin, ticarət ortaqlığının, silah anlaşmasının adı havalarda uçuşur və Türkiyə sərhəd arxasındakı “təhdiddən təmizlənmiş sabit region” planını bu layihələrin reallaşdırılma ehtimalına bağlı hala gətirməyə çalışır.

Bu analizin dəyəri, ən başda da iqtisadi dəyəri yüksəkdir, ancaq onun mükafatı da, ən başda da təhlükəsizlik baxımından, yüksək olan bir çəkindiricilik anlayışına uyğun gəldiyini unutmamalıyıq. Türkiyənin bu yüksək dəyəri nəzarət altında saxlamasına hələlik imkan verən iki ünsürün 2017-ci ildə öz təsirini artırdığını da qeyd etmədən keçməyək.

Bu ünsürlərdən birincisi, bəlkə də ən önəmlisi Orta Şərqdə mövcud olmağa qərar verən Rusiyaya qarşı balanslaşdırmanı İsrail-Körfəz yaxınlaşması (Qətər xaric), İranın sıxışdırılması (Tehran ABŞ-la yaxınlaşma xəyalını itirincə, İraq və Suriyada daha güzəştə meylli davrandı) və PYD/FETO üzərindən Türkiyənin sıxışdırılması (Ankara dirəndi və rədd etdi) ilə göstərmək istəyən ABŞ-ın ideal balanslaşdırma vasitəsini, hələ ki, tapa bilməməsidir. Bu strateji yolazmada ABŞ-ın qərarvericilərinin başının Rusiyanın gələcəyi və gücü məsələsində qarışmış olmasının da təsiri vardır.

İkinci ünsür, Rusiyanın Ankaranın dostluğuna verdiyi geopolitik və geoekonomik dəyərin Orta Şərq ilə məhdud olmamasıdır. İqtisadi qazanc-zərər məsələsini bir tərəfə buraxaraq danışmaq lazımdırsa, “Türk axını”nın, Akkuyu atom enerjisi stansiyasının, S-400 anlaşmasının verdiyi siyasi mesajın dəyəri Moskvanı hələlik Ankaranın ehtiyat etdiyi məsələlərlə bağlı olaraq, diqqətli davranmağa sövq edir.

Böyük güclərin regional güclərin çəkindirici mesajlarını ciddiyə alması asan deyildir. Bu üzdən, Ankara dəyəri nəzarət altında saxlamağa imkan verən bu iki ünsürün önəmini qavramışdır. Vaşinqton və Moskva ilə dialoqunu da bu ünsürləri diqqətə alaraq, davam etdirir. Ankaranın lazım olduqda (təhdidin aradan qaldırılmadığı halda) terror dəhlizinə izn verməyəcək şəkildə, bütün mümkün əməliyyatları gözə aldığını ifadə etməsi Türkiyənin bu regiondan gələcək təhdidə qarşı çəkindiriciliyin uğursuz olmasına əsla izn verməyəcəyini göstərir.

Tərcümə Strateq.az-ındır

Qeyd: Professor Nurşin Ateşoğlu Güney Kipr Bahçeşehir Universitetinin dekanı, eyni zamanda BİLGESAM sədrinin müavinidir.
Tarix: 26-12-2017, 09:03
Xəbəri paylaş





Xəbər lenti