Ermənistan Mərkəzi Bankının keçmiş sədri: “2018-ci il ölkəmiz üçün ağır olacaq”

Ermənistan Mərkəzi Bankının keçmiş sədri: “2018-ci il ölkəmiz üçün ağır olacaq”
“Hakimiyyət 2018-ci il büdcəsini təsdiqləməzdən əvvəl, əhaliyə kəmərləri sıxmağın vacibliyi xəbərdarlığını etməli idi”.

Bunu Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan “Jamanak” qəzetinə müsahibəsində vurğulayıb.

“2018-ci il ağır olacaq. Ötən ilki xarici müsbət təsir bu həsmdə qalmayacaq. Vəziyyət hakimiyyətin sistemli islahat aparması və onu həyata keçirmək üçün iradəsinin olmasından asılıdır. Düzdür, islahatlar inkişaf üçün təminat ola bilməz, səmərəli və ağlabatan iqtisadi siyasətin hazırlanması da mümkün deyil. Ermənistan iqtisadiyyatının xəstə yeri xarici amillərdir. Çünki ölkə iqtisadiyyat xarici şəxsi pul köçürmələrindən asılıdır”, - deyə B. Asatryan bildirib.
Tarix: 26-12-2017, 14:13
Xəbəri paylaş





Xəbər lenti