Rusiya türk əsgərləri ilə bağlı açıqlama verdi

Rusiya türk əsgərləri ilə bağlı açıqlama verdi
Mixail Boqdanov: vəziyyət normala qayıdandan sonra hər üç ölkə hərbçiləri Suriyanı tərk edəcək

"Türk əsgərləri Suriyada gərginliyi azaltma bölgələrində vacib rol oynayır". Bunu Sputnik-ə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Boqdanov Rusiya, Türkiyə və İran arasında əldə edilən razılığa işarə edərək deyib: "Üç zamin dövlət olaraq Suriyada atəşkəsin təmin olunduğu ərazilərdə təhlükəsizliyi qorumaq məsuliyyətimiz var. Türk əsgərləri də, eynilə rus və iranlı əsgərlər kimi bu missiyanı yerinə yetirirlər. Müqaviləyə əsasən bu bölgələr 6 ay müddətə qurulub və vəziyyətə görə uzadıla bilər".

"Vəziyyət normala qayıdandan sonra hər üç ölkə hərbçiləri Suriyanı tərk edəcək" – Mixail Boqdanov Sputnik-ə bildirib.


Tarix: 27-12-2017, 07:53
Xəbəri paylaş





Xəbər lenti