Türkiyədən ABŞ və İsrailə qarşı altı kəskin gediş: Əgər bunlar baş tutarsa...

Türkiyədən ABŞ və İsrailə qarşı altı kəskin gediş: Əgər bunlar baş tutarsa... "ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq bitərəfliyini itirib"

Türkiyə Qüdslə bağlı yeni "Yol xəritəsi" hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Ankaranın yeni planları ölkənin rəsmi dövlət qəzeti olan "Türkiyə qəzeti"ndə dərc olunub.


Beləliklə, plana əsasən:



1. İlk hədəf Fələstin dövlətini tanıyan ölkələrin sayını artırmaq;

2. Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyanların sayını artırmaq;

3. Qüdsdə müsəlmanlar üçün müqəddəs olan məkanların statusunu daha da möhkəmləndirmək;

4. Qüds şəhərinin iqtisadiyyatını daha da gücləndirmək, oradaki fələstinlilərin maddi durumunu daha da yaxşılaşdırmaq;

5. ABŞ-ı Fələsinlə İsrail arasındakı vasitəçi rolundan uzaqlaşdıraraq, onun yerinə başqa bir beynəlxalq təşkilatı oraya daxil etmək. Çünki ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq bitərəfliyini itirib;

6. İki dövlətli həll variantının BMT və digər beynəlxalq qurumlarda müzakirəsini daha da intensivləşdirmək.


Analitiklərə görə, əgər Türkiyə bu addımları atarsa, İsrailin Qüdsü özününküləşdirmə planı uğursuzluğa düçar olacaq.


Tarix: 27-12-2017, 13:42
Xəbəri paylaş





Xəbər lenti