Misirli analitik:“RUSİYA ABŞ-ın QARŞISINDAN QAÇMAYACAQ"

Misirli analitik:“RUSİYA ABŞ-ın QARŞISINDAN QAÇMAYACAQ"
İmadəddin Ədib

"El Watan" (Misir), 27.12.2017

***

Qırmızı Orduda bir sıra yüksək vəzifələr tutmuş, sonralar isə Rusiyanın cənubunda “dini terrorizm”lə mübarizə üzrə əməliyyata başçılıq etmiş istefadakı Rusiya generalıyla özəl şam yeməyində suallarımı cavablandırarkən onun işıqlandırdığı bir neçə bənd üzərində düşüncələrə daldım.


1. Kommunist dönəmindəki hərbi-sənaye kompleksi ilə müqayisədə Rusiyanın hərbi qüdrəti bir neçə dəfə artıb, Rusiya araşdırma mərkəzlərinin yaradılması və Qərb texnologiyalarının nailiyyətlərindən faydalanmaq imkanı isə Rusiyanın müdafiə qüvvələrinə NATO silahlı güclərini arxada qoymaq şəraiti yaradıb.

2. Suriyada əməliyyat təcrübəsi göstərib ki, Rusiya müharibənin başlanması haqda sürətlə qərar qəbul edə, qüvvələri yüksək sürətlə daşıya, sonra isə ən yeni silahlar işlətməklə ən yüksək döyüş səviyyəli əməliyyatlara rəhbərlik edə bilər.

3. Generalların Moskvada Çeçenistanla və ölkənin cənubunda “islam terrorizmi” dedikləriylə qarşıdurma nəticəsində topladıqları təcrübə Rusiya Suriyada İŞİD və “Cəbhət ən-Nusra” ilə toqquşarkən kara gəlib.

3. Ağ Evdə “dost”un olduğuna baxmayaraq, Moskva əvvəlki kimi Vaşinqtonu dövlət aparatı və təhlükəsizlik xidmətləriylə birgə özünün əsas düşməni sayır.

4. Rusiya ilə ənənəvi əməkdaşlığa baxmayaraq, Çin böyük iddialarıyla güclənən dövlətdir və növbəti 10 ildə onun qüdrətinin yüksəlişi Rusiyanın dünyadakı nüfuzuna ən böyük təhlükə təşkil edir.

5. Növbəti 10 ildə dünya düzənini formalaşdıracaq yeni güc mərkəzləri Birləşmiş Ştatlar, Rusiya, Çin və Hindistandır.

6.Yaxın Şərq aparıcı dünya dövlətləri üçün baş mükafat olub və olacaq, çünki enerji daşıyıcıları – neft və qaz qaynağıdır və dünya ticarətinin dəniz və quru mərkəzləri orada cəmlənib.

7. İmperial, kommunist və federal Rusiyanın arzusu Aralıq dənizinin isti sularında dəniz iştirakı idi və belə qalacaq. Bu üzdən Suriyanın Tartusundakı hərbi-dəniz bazası özlüyündə heç kimə verilməyəcək strateji xəzinəni təmsil edir, Misir və Liviyanın Aralıq dənizi sahilləri isə Rusiyanın qərar qəbul edən baş fiqurunun müşahidəsi altındadır.


Nəzərə almaq yetərlidir ki, Rusiyanın hesabda 15 300 tankı var, halbuki Birləşmiş Ştatlarınkı 8 400-dür; Amerikanın 1299 artilleriya silahına qarşı 4600 ədəd topu var, 3739 raket sisteminə qarşı ABŞ-ınkı 1331-dir. Eyni zamanda Vaşinqton döyüş, sərnişin, təlim təyyarələri, həmçinin aviadaşıyıcıların sayına görə Moskvanı üstələyir.

Rusiya ordusunun sürəkli tarixi var. Yeni tarixdən danışsaq, Rusiya imperiyasının ordusu 1721-ci ildə yaradılıb. O, bölgəsəl və vətəndaş müharibələri aparıb, həm də iki dünya müharibəsinə qatılıb. Əfqanıstan, Çeçenistan, Suriya və Krım yarımadasında döyüşüb və hazırda bir milyon qırx min döyüşçüsü var.

Rusiya bu qayda ilə müharibə aparmağa, hücum etməyə və sabitsizlik və ağılsız hesablamalar dövründə macəralara qabil ölkədir.

Tərcümə Strateq.az-ındır.
Tarix: 28-12-2017, 13:59
Xəbəri paylaş





Xəbər lenti